Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlərlə iş bölməsi üzrə kiçik mütəxəssis
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri Problemli Kreditlərin İlkin Təqibi Departamentinin Təhlil və dəstək şöbəsinin Digər problemli kreditlərlə iş bölməsi üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi
- Portfelə daxil olmuş borcalanların qeydiyyat ünvanlarının araşdırılması,onlarla əlaqə saxlayaraq və ya digər orqanlara müraciət edərək dəqiqləşdirilməsi
- Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub - olmadığını müəyyənləşdirilməsi
- Problemli borcalanların və zaminlərin aktiv əlaqə nömrələrinin tapılmasını təmin etmək
- Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək və s.
Tələblər
- Ali təhsil
- İş təcrübəsi arzuolunandır, lakin mütləq deyil
- Yüksək ünsiyyətqurma qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı, İngilis dili - arzuolunandır
- Kompyuter biliyi: MS Office proqramları
- Təzyiqə davamlı
- Detallara qarşı diqqətli
- Komanda tərkibində işləmək bacarığı