Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis, Aparıcı və Baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

  

       

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis,  Aparıcı və Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

 

  • Bankın Bakı şəhəri və bölgələrdə olan filial, şöbə və digər struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və azaldılması məqsədi ilə sahəvi, kompleks, tematik yoxlamaların aparılması;
  • Yoxlama prosesində bank fəaliyyətinin qanunvericilik və tənzimləyici orqanların normativ xarakterli aktları və göstərişlərinə uyğunluğu, adekvat daxili nəzarət sistemlərinin mövcudluğu, aktivlərin qorunması və uçot məlumatlarının düzgünlüyü və s. istiqamətdə qiymətləndirilməsi və nəticələrinə dair təkliflərin verilməsi;
  • Yoxlamaların nəticələrini dəstəkləyə biləcək məlumatların toplanılması, analiz və şərh edilməsi, sənədləşdirilməsi. Yoxlama hesabatlarının hazırlanması və təqdimatının həyata keçirilməsi;
  • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın tətbiq edilməsi;

Tələblər

  • İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil və bank sahəsində ən azı 1 illik iş təcrübəsi; və ya
  • Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 3 illik iş təcrübəsi;
  • Daxili audit, risk, daxili nəzarət, maliyyə menecmenti və əməliyyat sahələrində çalışmış namizədlərə üstünlük verilir;
  • Yüksək analitik  düşüncə və problemləri həlletmə bacarığı; 
  • Komanda tərkibində işləmə qabliyyəti;
  • Liderlik, təşəbbüskarlıq, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik;
  • Yüksək səviyyədə MS Excel və SQL bilikləri (bu namizədlərə üstünlük verilir);
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Audit, risk, nəzarət sahəsində təcrübə arzuolunandır;
  • Mütəmadi ezamiyyətlərdə ola bilmə imkanı;

 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] e-mail ünvanına mövzu hissəsində “ Nəzarət Departamentinin Daxili Nəzarət şöbəsinin Mütəxəssis,  Aparıcı və Baş mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.

 

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.