Müştəri menecment və məhsullar departamentinin Pərakəndə məhsullar şöbəsinin analitiki

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə məhsullar şöbəsinin analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

 

  • Məhsullar üzrə maliyyə hesabatlarının hazırlanması;
  • Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə əlaqədar sturkturlar və filiallarla daimi əlaqədə olmaq;
  • Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması.

 

Tələblər

  • Maliyyə, İqtisad sahəsində ali təhsil;
  • Bank sektorunda minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Office bilikləri (xüsusən excel);
  • Yüksək maliyyə bilikləri;
  • Elementar SQL biliyi;
  • Prezentasiya tərtib etmə və təqdim etmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, Rus və İngilis dili biliyi arzuolunandır.

 

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində "Pərakəndə məhsullar şöbəsinin analitiki" qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.