Müştəri əlaqələri Departamenti Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Müştəri əlaqələri Departamenti Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Müxtəlif kanallar vasitəsilə banka daxil olmuş şikayətləri, sorğuları və müraciətləri aidiyyatı qaydada daxili reyesterdə uçota alınmasını təmin edir.
  • Daxil olmuş şikayətləri, sorğuları və müraciətləri bankın adiyyatı struktur bölmələrinə yönəldib, statuslarına nəzarət edir və lazımi araşdırmalar apararaq həmin müraciətlərin qanunvericiliklə təyin edilmiş müddət ərzində cavablandırılmasını təmin edir.
  • Daxil olan şikayətləri qruplaşdırmaqla müxtəlif yönümlü statistik hesabatlar hazırlayır.
  • Məzmununda dələduzluq əməlləri olan müraciətləri Dələduzluğa qarşı mübarizə şöbəsinə təqdim edilməsini təmin edir.
  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
  • MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • İş təcrübəsi bank sahəsində 2 il, (Müştərilərlə iş təcrübəsi olanlara üstünlük verilir).

 

CV-lərinizi, mövzu hissəsində “Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.