Məlumatların sistemləşdirilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

 Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  •  Məlumat bazasının layihələndirilməsində iştirak
  • SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması, test olunması və tətbiqi 
  • İşlənib hazırlanan həllərin sənədləşdirilməsi
  • BI Publisher və Tibco Spotfire hesabatlılıq sistemlərində hesabatların hazırlanması və işləkliyinə nəzarət
  • SQL üzrə sorğuların modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi
  • ETL-prosedurların, hesabatların  işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması 
  • Hesabatlarla bağlı problemlərin araşdırılması və həll edilməsi 
  • İstifadəçilərin məlumatlandırılması və məsləhətlərin verilməsi
  • Məlumatların köçürülməsinə, tamlığına və hazırlanmasına nəzarət.
  • Məlumatların təmizlənməsinə və keyfiyyətinə nəzarət.
  • Məlumatın və arxitekturasının strukturlaşması, lazım olduğu təqdirdə dəyişdirilməsi 

Tələblər

  • Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);
  • Təcrübə:  Ən azı 3 il
  • SQL, T-SQL, Oracle, BI Publisher və Tibco Spotfire bilikləri
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
  • Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;
  • Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində Məlumatların sistemləşdirilməsi şöbəsinin  aparıcı/baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.