Kredit Anderraytinqi Departamentinin Riteyl Şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi, Baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Riteyl Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis, Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • İstehlak kredit portfeli üzrə hesabatların hazırlanması;
  • İstehlak kreditləri üzrə qaydalarla bağlı təkliflər vermək;
  • Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;
  • Pərakəndə satış üçün təklif olunmuş yeni bank məhsullarının təkmilləşdirilməsində iştirak etmək;
  • Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi;
  • Yüksək səviyyədə MS Excell üzrə biliklərin olması;
  • Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Təzyiqə davamlılıq və sərbəst işləmə qabiliyyəti;
  • Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
  • Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.



Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.