Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəsis, Mütəxəssis, Aparıcı və Baş mütəxəssis

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

     

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəsis, Mütəxəssis, Aparıcı və Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın xidmətləri və məhsulları haqqında müştərilərə müvafiq məlumatların təqdim edilməsi.
  • Hüquqi şəxslərə bütün növ hesabların açılması, aparılması və bağlanması, hüquqi qovluqların hazırlanması və saxlanılması.
  • Hüquqi şəxslərin milli və xarici valyutada odənişlərinin və əlavə olunan təsdiqedici sənədlərin qəbulu, yoxlanılması, icrası və ödənişlər üzrə hesabatların hazırlanması.
  • Müştərilərin müraciətlərinə əsasən onlara aid hesablardan çıxarışlar və hesabları barədə digər qurumlara təqdim edilməsi üçün arayışlar təqdim edilməsi.
  • Müştərilərin müraciətlərinə əsasən çek kitabçaların verilməsi, kassa mədaxil-məxaric əməliyyatların aparılması.
  • Xarici valyutanın alınıb-satılması ərizələrinin qəbulu, yoxlanılması, icrası.
  • Bankın tariflərinə uyğun  olaraq komisyon haqlarının tutulması.   
  • Hüquqi şəxslərin müştəri-bank sisteminə və əmək haqqı layihəsinə qoşulması və rəsmiləşdirilməsi.

Tələblər

  • Ali təhsil
    • Qarşılıqlı əlaqələri inkişaf etdirmək bacarığı
    • Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi
    • MS Office (Word, Excel) proqramları üzrə biliklər
    • Gərgin iş qrafikində işləmək bacarığı
    • Əla ünsiyyət bacarıqları
    • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

 

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] e-mail ünvanına mövzu hissəsində “Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəsis, Mütəxəssis, Aparıcı və Baş mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.

 

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.