Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsinin Qrup Meneceri (HUB Manager)
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri Korporativ Satışlar Departamentinin Kiçik və Orta Sahibkarlarla İş Şöbəsində Qrup Meneceri (HUB Manager) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Ümumi məlumat
Müəyyən olunmuş rüblük və illik planlar əsasında komandadakı işçilər üçün satış planını müəyyən etmək və bu planın həyata keçirilməsi istiqamətində komandanı idarə etmək.
Öhdəliklər
- Hədəf müştərilərini cəlb etmək isitqamətində bazarı təhlil etmək;
- Hədəfə çatmaq istiqamətində planlar hazırlamaq və tətbiq etmək;
- Biznes üzrə qoyulmuş KPİ-lara çatmaq;
- TOP müştərilər üzrə şəxsi satışlar həyata keçirtmək;
- Qrupdakı işçiləri inkişaf etdirmək, kouçinq və idarəetmə;
- Biznes proseslərin optimallaşdırılması və inkişafı istiqamətində təkliflər vermək;
- Kredit komitələri və işçi qruplarında iştirak etmək.
Tələblər
- Ali iqtisadi təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Qeyri-kredit və kredit məhsullarının satış spesifikası barədə biliklər;
- KOS (SME) seqmentində olan müştərilər üzrə bazar konyukturası bilikləri;
- İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq səriştələri;
- Hədəflər və öhdəliklərlə işləmə bacarığı;
- Tələb olunan sahə üzrə ən azı 3 illik iş təcrübəsi.