Korporativ Satışlar Departamentinin KOS Satışlar Şöbəsinin Aqro kreditlər üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ Bankçılıq Departamentinin KOS Satışlar Şöbəsinin Aqro kreditlər (Şəki-Zaqatala, Bərdə-Tərtər, Quba-Xaçmaz, Masallı-Lənkəran, Göyçay-Şamaxı və Gəncə zonaları üzrə) üzrə Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Aqro kreditlər üzrə müştəri bazasının tapılması, müştərilərin cəlb edilməsi;
  • Daxil olan aqro kredit sifarişlərinin maliyyə təhlilinin aparılması və kredit komitəsinin müzakirəsinə təqdim edilməsi;
  • Aqro kreditlərin verilməsi prosesinin sifarişin götürülməsi anından kreditin verilməsi anınadək proseslərin izlənilməsi;
  • Kreditin verilməsindən sonra onların ödənilməsinə nəzarətin həyata keçirilməsi və mütəxəssisin özünə təhkim edilmiş kredit portfelinin idarə edilməsi;
  • Gecikdirilmiş kreditlərlə bağlı bankdaxili qaydaların tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsi;
  • Vəzifə təlimatına əsasən tabe olduğu rəhbərlərinə vaxtaşırı lazımi hesabatların verilməsi və rəhbəri tərəfindən tapşırılan işlərin həyata keçirilməsi;
  • Aqro kredit sifarişlərinin təhlili və aqro kreditlərin inkişafı istiqamətində nəzərdə tutulan layihələrin həyata keçirilməsi zamanı bankın digər strukturları ilə əlaqələrin qurulması və birgə fəaliyyətdə iştirak edilməsi;

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Qərarvermə və problem həlletmə qabiliyyəti;
  • Bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
  • Satış yönümlü və satış qabiliyyətli olmaq; 
  • Aqro kreditləşmə sahəsində minimum 2 il iş stajı olmalı;
  • Kənd təsərrüfatının fərqli sahələrinin maliyyə təhlilinin aparılması istiqamətində təcrübəyə malik olmalı;
  • Kənd təsərrüfatı növləri və sahələri üzrə lazımi biliklərə sahib olmalı;
  • Vəzifə üçün nəzərdə tutulmuş regiona bələd olmalı, həmin regionun kənd təsərrüfatı ilə məşğul olan fermerlərini, kənd təsərrüfatı müəssisələrini yaxşı tanımalı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyinin olması arzuolunandır;  
  • Kompüter biliklərinə (Ofis proqramları, Excel cədvəlləri ilə işləyə bilmə) malik olmalı.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Digər kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.



Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.