Kassir (Gəncə, Sabirabad, Neftçala, Salyan və Bakı filialları)

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Gəncə,  Sabirabad, Salyan, Neftçala və Bakı filiallarının Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

 

Öhdəliklər

  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi
  • Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.

Tələblər

  • Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır)
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Nəğd pulla intensiv işləmə bacarığı
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin
yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.