Kart Biznesinə Dəstək Departamentinin Kart fəaliyyətinə dəstək şöbəsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Kart Biznesinə Dəstək Departamentində Kart Fəaliyyətində Dəstək Şöbəsində Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Plastik kartlarla aparılan şübhəli əməliyyatların araşdırılması üçün qabaqlayıcı monitorinq tədbirlərinin aparılması;
  • Şübhəli və dələduzluq məqsədi ilə aparılmış əməliyyatların qarşısının vaxtında alınması üçün müvafiq banklarla əməkdaşlığın qurulması;
  • Gündəlik olaraq iş prosesində istifadə edilən modullar arasında məlumat inteqrasiyası əməliyyatlarının həyata keçirilməsi;
  • Aylıq olaraq şübhəli və dələduzluq məqsədi ilə aparılmış əməliyyatlar üzrə aylıq hesabatın hazırlanması;
  • İstifadə edilən internet və proqram təminatı resurslarında dəyişən qaydalar üzrə mütəmadi dəyişikliklərin aparılması.

Tələblər

  • Ali təhsil;
  • Təşəbbüskarlıq, operativlik, məsuliyyətlilik və dəqiqlik;
  • Analitik düşünmə qabiliyyəti və qərarvermə qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.



Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.