KAPİTALımız – könüllü təcrübə proqramı
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Sənin də arzun bank sektorunda çalışmaqdır? O zaman ilk bank təcrübənə bizimlə başla!
“Kapital Bank” ASC Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, 3-cü, 4-cü kurs tələbələrini, bu ilin və ötən ilin məzunlarını, KAPITALımız könüllü təcrübə proqramına qatılmağa dəvət edir!
KAPİTALımız təcrübə proqramı sizə nələr qazandıracaq?
- İşləyərək öyrənmək imkanı;
- Real iş mühiti ilə tanışlıq;
- Gələcəkdə Kapital Bank –da karyera qurmaq şansı;
- Təcrübə proqramında iştiraka dair Sertifikat.
* Bakı şəhəri üzrə - rus dili biliyinin olması arzuolunandır
* Təcrübə proqramının müddəti 3 aydır.
Təcrübə proqramının iştirakçısı olmaq üçün:
CV- lərinizi [email protected] ünvanına mövzu hissəsində “Kapitalımız_Bakı” və ya “Kapitalımız_Region”qeyd etməklə göndərməyiniz xahiş olunur.