İnzibati idarəetmə departamentinin Satınalma şöbəsinin Aparici mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İnzibati idarəetmə departamentinin Satınalma şöbəsinin Aparici mütəxəssisivəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun bankın satınalma təlimatına uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
  •  “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender və sorğuların keçirilməsi;
  • Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • İlkin sənədlərin ekspertizasının aparılması;
  • Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
  • Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Tender və Kotirovka protokollarının hazırlanması;
  • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
  • Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

Tələblər

  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi; İngilis və Rus dillərini bilməlidir;
    • Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir;
  • Sənədlər toplusunun hazırlanma qaydalarını bilməlidir;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Komandada işləmək bacarığına sahib olmalıdır; 
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Komanda tərkibində işləmək bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində “Satınalma Şöbəsinin Aparıcı Mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.