İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin meneceri

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan Resurslarının İdarə Edilməsi Departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın Qiymətləndirmə siyasətinin və karyera inkişafı üzrə qaydaların təkmilləşdirilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyətinin dəyərləndirilməsi və dəyərləndirmə nəticələrinə əsasən mükafatların ödənilməsinin təmin edilməsi;
  • Bank əməkdaşlarının iş fəaliyyəti ilə bağlı analizlərin aparılması;
  • Əməkdaşların karyera inkişafı ilə bağlı qiymətləndirilmələrin aparılmasının təmin edilməsi;
  • Bankdaxili motivasiyanın ölçülməsi və müvafiq motivasiya istiqamətlərinin müəyyən edilməsi;
  • Bankda qeyri-maddi motivasiya üzrə tədbirlərin və komanda quruculuğu layihələrinin təşkil edilməsi;
  • Maddi və qeyri-maddi motivasiya sisteminin təkmilləşdirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə 4 ildən artıq iş təcrübəsi;
  • Rus və ingilis dili bilikləri;
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik.

 

CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.