İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester)

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • İT sistemlərin, şəbəkələrin və tətbiqlərin boşluqlar üzrə təhlükəsizlik qiymətləndirməsini həyata keçirmək;
  • Zəifliklərin araşdırılması üçün tətbiq və şəbəkələrə daxil olma üzrə mexanizm və alətləri təyin etmək;
  • Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq;
  • Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə tədbirlər təklif etmək;
  • Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq və s.

Tələblər

  • Ali Təhsil;
  • İT sahəsində minimum 3 il iş təcrübəsi;
  • İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin (OCSP, CEH, GIAC, etc) mövcudluğuna üstünlük verilir;
  • İT sahəsində dərin texniki biliklər (Windows, *nix Əməliyyat Sistemləri, virtualizasiya texnologiyaları, şəbəkə texnologiyaları, şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint təhlükəsizliyi və s.)
  • Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
  • Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti.

 

CV-lərinizi, mövzu hissəsində “İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester) ” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.