İnformasiya Texnologiyaları üzrə Layihə Rəhbəri
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Ümumi məlumat
Kapital Bank namizədləri İnformasiya Texnologiyaları üzrə Layihə Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- İT yönümlü layihələrin planlaşdırılmasında, dizaynında və icrasında iştirak etmək;
- Layihənin icrası zamanı ortaya çıxan çətinliklərin effektiv kommunikasiyasını və operativ şəkildə aradan qaldırılmasına nəzarət etmək;
- Layihə komandasını idarə etmək və resursların optimal istifadəsinə nəzarət etmək.
Tələblər
- Kompüter elmləri və ya İT sahəsində ali təhsil;
- Proqram təminatının yaradılması və ya IT layihələrin idarə edilməsində 3 ildən artıq iş təcrübəsi (Bank sistemlərində iş təcrübəsi arzu olunandır);
- Agile metodologiyaları üzrə biliklər (Scrum/Kanban);
- Jira/Trello/Redmine kimi layihələrin idarə edilməsi proqram tətbiqləri ilə tanışlıq;
- Dinamik, dəyişən mühitdə sərbəst və proaktiv işləmə bacarığı.