İnformasiya Sistemlərinə Dəstək Şöbəsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İnformasiya Sistemlərinə Dəstək Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Yerli struktur bölmələrdə PBX-lərin (Daxili ATS) quraşdırılması;
  • Şəhər nömrələrinin PBX-lərə qoşulması;
  • Daxili nömrələrin yaradılması;
  • İstifadəçi məlumatlarının qeydiyyatı və dəyişdirilməsi;
  • DSS düymələrinə istifadəçi nömrələrinin tanıtdırılması;
  • İstifadəçilərin mobil, şəhər və xarici çıxışlarla təmin edilməsi;
  • Telefon aparatlarının şəbəkəyə qoşulması;
  • Standartların telefon aparatlarına tanıtdırılması;
  • Lokal ATS-də proqram təminatının yenilənməsi;
  • Aparatların sistemə tanıtdırılması (VLAN-lara ayrılması, İP ünvanların qeydiyyatı və s.).

 Tələblər

  • Texniki sahədə ali təhsil;
  • Qısa müddətdə problem həlletmə qabiliyyəti;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi qabiliyyəti;
  • Operativlik və məsuliyyətlilik;
  • Komanda tərkibində işləmək qabiliyyəti;
  • Sahə üzrə minimum 3 illik təcrübəsi.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin
yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.