İT İnfrastruktur Departamentində Linux üzrə Aparıcı Mütəxəssis

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamentində Linux üzrə Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər 

  • Linux infrastrukturunun proaktif olaraq saxlamaq və inkişaf etdirmək
  • Linux ƏS bazasında proqram təminatlarının idarə edilməsi
  • Müxtəlif layihə və əməliyyat ehtiyacları üçün sistem idarəetmə ilə bağlı həllərin mühəndisliyi
  • Sistemin effektivliyini və potensialının planlaşdırılmasını proaktiv şəkildə aparmaq
  • Avtomatlaşdırma strategiyaları və yerləşdirmə proseslərini inkişaf etdirmək üçün digər komanda və komanda üzvləri ilə əməkdaşlıq etmək
  • Yeniliklərin tətbiqi və mövcud problemlərin həlli istiqamətində adekvat həllərin təklifi və tətbiqi.

Tələblər

  • Texniki sahə üzrə ali təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Əla səviyyədə Linux (RedHat, CentOS, Oracle Linux və s.) bilikləri; 
  • Davamlı inteqrasiya/test işinin avtomatlaşdırılması üzrə təməl biliklər və ya ümumi anlayış;
  • Skript dillərindən birini mükəmməl səviyyədə bilmək;                         
  • Linux nüvəsi ilə işləmə, əlavə drayverlərin inteqrasiyası və s. üzrə əla səviyyəli bacarıqlar;
  • Şəbəkə əsasları (TCP/IP, PXE, DHCP, DNS, NTP, Firewalls) üzrə əla səviyyəli biliklər;
  • LVM Logical Volume Management / Multipathing (LVM2/DM) üzrə əla səviyyəli biliklər;
  • SAN/NAS texnologiyası ilə yaxından tanışlıq və yaxşı biliklər;
  • Directory Services (AD, LDAP, IDM) üzrə əla səviyyəli biliklər;
  • System/Kernel performance tuning bacarığı;
  • Lokal repozitoriyaların yaradılması (RPM, YUM);
  • Oracle DataBase fundamentals, HPE, VEEAM üzrə biliklərə malik olmaq;
  • RHCE, LFCE, LPIC-2 üzrə aktual sertifikatların olması arzuolunandır;
  • Sahə üzrə 3 illik iş təcrübəsi.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.