İT İnfrastruktur Departamenti İnformasiya Sistemlərinə Dəstək Şöbəsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri İT İnfrastruktur Departamenti İnformasiya Sistemlərinə dəstək şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər 

  • HelpDesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi;
  • Bankın kompüter avadanlıqlarının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Ödəniş sistemlərinin texniki dəstəklənməsi, sazlanması, sertifikatların qurulması;
  • Proqram təminatlarının qurulması, sazlanması və istifadəyə verilməsi;
  • Yeni iş yerlərinin hazırlanması, Bankın yeni açılan vəya köçürülən filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması.

Tələblər

  • Texniki sahədə ali təhsil;
  • İT sahəsində 2 ildən artıq iş təcrübəsi;
  • Əla ünsiyyətqurma bacarığı;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
  • Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı;
  • Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
  • Komandada işləmək bacarığı, topladığı təcrübəni bölüşmək bacarığı.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.