Filial Şəbəkəsinin İdarə Edilməsi Departamenti Satışlara Dəstək Şöbəsində Menecer

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Satışlara Dəstək Şöbəsində Menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Filial şəbəkəsində Xidmət bölmələrinin ümumi işinə nəzarətin təşkil edilməsi;
  • Xidmət bölmələrinin işinin effektiv təşkilinə tələb olunan dəstəyin göstərilməsi;
  • Xidmət keyfiyyətinin artırılması istiqamətində təhlil aparılması və təkliflərin verilməsi. 

Tələblər

  • İqtisadi sahədə ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Təhliletmə və problem həlletmə qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;
  • Bank xidməti sahəsində 3 illik iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə MS Exceldə yüksək işləmə qabiliyyəti.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin
yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.