Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

 Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Filiallardan və müvafiq struktur bölmələrindən daxil olan xidməti məktubların bank sistemi vasitəsi ilə qəbul edilməsi, nöqsanın analiz edilməsi,  müxabirləşmələrin yoxlanılması və nöqsanın aradan qaldırılması üçün müvafiq müxabirləşmələrin aparılması və təsdiq edilməsi üçün avtorizatora təqdim edilməsi;
  • Filiallardan və ya müvafiq struktur bölmələrindən  müştəri, işçi və ya texniki səhvlər nəticəsində yaranmış problemlər ilə bağlı daxil olan zənglərin və elektron məktubların cavablandırılmasını təmin edilməsi;
  • Daxil olmuş xidməti məktubların uçotu və qeydiyyatın aparılması;
  • Əməliyyatların yoxlanması, avtorizasiyası;
  • Təyin olunmuş növbə əsasında bank gününün bağlanması üçün,sistemdə təsdiq olunmamış müxabirləşmələrin təsdiqinə nəzarət etmək ,filialın müraciəti əsasında səhv yığılmış maxabirləşmələrin silinməsinin təmini və günün bağlanması ilə bağlı filiallara əməli köməklik göstərilməsini təmin etmək və s.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Bank  işi sahəsində ən azı 1 il iş təcrübəsi;
  • MS Office və digər xüsusi bank proqramlarını bilmək və işində istifadəsini təmin etmək;
  • Dil bilikləri: Azərbaycan dili(əla), rus dili (əla), ingilis dili (yaxşı) səviyyədə.

 

CV-lərinizi, mövzu hissəsində “Əməliyyatlara dəstək və monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.