Daxili Audit departamentinin Baş auditor, Qrup rəhbəri

Если Вы хотите стать частью профессиональной команды Кapital Bank-а, приглашаем Вас обратить внимание на текущие вакансии. Мы предлагаем Вам интересную и перспективную работу в динамичной среде. Станьте нашим основным капиталом!

Ümumi məlumat

Kapital Bank namizədləri Daxili Audit departamentinin Baş auditor/Qrup rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Təsdiq olunmuş İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrinə rəhbərlik etmək;
  • Sahəvi, kompleks və tematik audit yoxlamalarının həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək;
  • Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırma ilə bağlı təkliflər vermək;
  • Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, analiz və şərh etmək, sənədləşdirmək;
  • Audit yoxlamasının bütün mərhələlərində Bankın idarəedici əməkdaşları ilə müsahibələr aparmaq;
  • Audit layihəsi zamanı təqdim olunan məlumatları icmallaşdırmaq və təhlil etmək, audit olunan sahənin daxili nəzarət sisteminin tamlığı və adekvatlığı barədə rəy formalaşdırmaq;
  • Audit layihələrinin həyata keçirilməsi zamanı daxili nəzarət sisteminin mühüm məqamlarını müəyyən etmək, çatışmazlıqların aşkar edilməsi üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək;
  • Audit yoxlamasında iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək;
  • Audit hesabatlarının hazırlanması və təqdimatını həyata keçirmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil və bank sahəsində 4 illik iş təcrübəsi; və ya
  • Digər ixtisas üzrə ali təhsil və bank sahəsində 6 illik iş təcrübəsi;
  • Müxtəlif peşə (ACCA, CİA, FRM, CFA, və s.) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək arzu olunandır.  

        Texniki bacarıqlar:

  • Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər; 
  • Korporativ idarəetmə, risklərin idarəedilməsi və daxili nəzarət üzrə biliklər;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Analitik düşünmə qabiliyyəti, informasiyanın tənqidi təhlil etmə özəlliyi;
  • Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik;
  • Məlumatların toplanması, təhlili və nəticələrin icmallaşdırılması;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (peşəkar səviyyədə) Microsoft Office və digər proqramlar;
  • Fikirlərin Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq qabiliyyəti.    

       Şəxsi keyfiyyətlər:

  • Fikirlərin Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq qabiliyyəti. Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması bacarıqları;
  • Şəxsi və peşəkar inkişaf yönümlülük;
  • Qərarvermə və problem həlletmə qabiliyyəti.

        Üstünlüklər:

  • Təcrübəli və peşəkar komandada işləmək imkanı;
  • Rəqabətli əmək haqqı;
  • Sahə üzrə daxili və xarici təlimlərdə iştirak;

Отправить CV

 
+

Личные данные

Образование

 

Дополнительные тренинги

 

Опыт работы

 

Языковые навыки

Знания компьютера

 

Другие компьютерные навыки

 

Рекомендация

 
Введите код

Обновить
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.