Daxili Audit Departamentinə Baş İT Audit

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Daxili Audit Departamentinə Baş İT Audit vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • İT, əməliyyat və biznes risklərini, funksiyaları və onların fəaliyyətlərini nəzərdən keçirir və təklif olunan yoxlamaların təbiəti, sahəsini, istiqamətini və hədəflərini müəyyən etmək və tövsiyələr vermək üçün müştəri əlaqələrini qiymətləndirir. İllik audit planının icrası, nəzarət mexanizmlərinin qiymətləndirilməsi və audit məqsədlərini yerinə yetirmək üçün audit prosedurlarının tərtibini həyata keçirir;
  • İT audit layihələri üçün məsuliyyət daşıyır və rəhbərliyə məsləhət və konsaltinq xidmətləri göstərir. Müvafiq tövsiyələr verir. Fərqli texniki vahidlərlə fəaliyyətlərini koordinasiya edir və istiqamətləndirir: tapşırıqların və prosedurların auditini həyata keçirir; tədbirlərin tamlığını nəzərdən keçirir və İT üzrə nəzarət mexanizmlərinin cari vəziyyətinə dair qiymətləndirmələr təqdim edir;
  • Təşkilatın rəhbərliyi üçün hesabatlar hazırlayır. Auditin məqsədlərini, əhatə dairəsini, aşkarlamalarını, nəticələri və tədbirlər planı üzrə cavabları icmallaşdırır. Auditin aparılması zamanı və başa çatdıqdan sonra müvafiq olaraq bütün səviyyələrdə rəhbərliyə şifahi və yazılı təqdimatlar edir. Audit hesabatlarının müəyyən edilmiş müddət ərzində hazırlanmasını təmin edir.
  • Səmərəliliyi artırmaq üçün audit prosedurlarına düzəlişlər tövsiyə edir. Sistem nəzarəti adekvatlığını qiymətləndirərək təşkilatdaxili nəzarəti nəzərdən keçirir və onların təkmilləşdirilməsi üzrə tövsiyələr verir.
  • Sadə və kompleks kompüter məlumat sistemləri üçün ümumi və tətbiqi nəzarətin təhlilini həyata keçirir.
  • Sistemin inkişaf standartları, əməliyyat prosedurları, sistem təhlükəsizliyi, proqramlaşdırma nəzarətləri, kommunikasiya nəzarətləri, ehtiyat mərkəzləri və fövqəladə hallar planı və sistemin saxlanılması daxil olmaqla informasiya nəzarət mexanizmlərinin yoxlanmasını həyata keçirir;
  • Audit obyektlərinin cavablarının adekvatlığını, vaxtında təqdim edilməsini, o cümlədən əhəmiyyətli audit tövsiyələri üzrə tədbirlər planını qiymətləndirir.

Tələblər

  • İT və / və ya informasiya təhlükəsizliyi sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Məhsul biliyi:  *nix based OS, Microsoft Windows məhsulları, Şəbəkə, Firewall, tətbiqi Təhlükəsizlik ilə tanış olmaq;
  • Məntiqi və fiziki giriş təhlükəsizliyi, dəyişikliyin idarə edilməsi, informasiya təhlükəsizliyi, biznesin bərpası və şəbəkə texnologiyası kimi təhlükəsizlik və nəzarət riskləri daxil olmaqla, informasiya sistemlərinin auditi üzrə təcrübə;
  • Kompüter proqramlarının (məsələn, ACL, SQL, Excel) və tətbiqi sistemlərin istifadəsində zəngin təcrübə;
  • CISA (Sertifikatlaşdırılmış İnformasiya Sistemləri Auditoru) və / və ya Sertifikatlaşdırılmış Şəbəkə Mühəndisi, Sertifikatlaşdırılmış Təhlükəsizlik Mütəxəssisi, CHFI kimi informasiya texnologiyaları sahəsinə aid sertifikatlara malik şəxslərə üstünlük veriləcəkdir.

 

CV-lərinizi, mövzu hissəsində “Baş İT Audit” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.