Biznes Proseslərin Monitorinqi Şöbəsinin Mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Biznes Proseslərin Monitorinqi şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • İnformasiya sistemlərində tətbiq olunmuş proseslərin test olunması;
  • Test mühitinə dair tələblərin formalaşdırılması və daim yenilənməsi;
  • Mövcud proseslərin təkmilləşdirilməsi və nasazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Yeni funksionalın real istifadəçi mühitinə keçirilməsində iştirak;
  • Aparılmış test əməliyyatları üzrə hesabatlığın hazırlanması.

Tələblər

  • İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
  • Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Kredit, əməliyyat, müştəri xidmətləri və ya İT sahəsində iş təcrübəsi arzuolunandır;
  • Dəqiqlik, detallara qarşı diqqətlilik və analitik düşünmə qabiliyyəti;
  • Web-texnologiyalar və informasiya sistemlərinin tətbiqində mövcud metodoloji yanaşmalar üzrə biliklərin olması arzu olunandır.

CV göndər

 
+

Şəxsi̇ məlumatlar

Təhsil

 

Əlavə təlimlər

 

İş təcrübəsi

 

Dil bilikləri

Kompyuter bilikləri

 

Digər kompyuter bilikləri

 

Tövsiyyə

 
Kodu daxil edin

Yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.