Bank Məhsulları Departamentinin Təcili pul köçürmələri bölməsinin Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssisi

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Ümumi məlumat

Kapital Bank namizədləri Bank Məhsulları Departamentinin Xidmət şöbəsinin Təcili pul köçürmələri bölməsində Mütəxəssis, Aparıcı mütəxəssis və ya Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bakın əməkdaşlıq etdiyi pul köçürmə sistemləri ilə qarşılıqlı əməkdaşlığın təşkili;
  • Təcili pul köçürmələri üzrə bankın daxili tarif şərtlərinə ümumi olaraq nəzarət edilməsi;
  • Xarici və yerli ödəniş sistemləri ilə müştərək layihə və kampaniyalarla bağlı əməkdaşlığın qurulması;
  • Bankdaxili pul köçürmələri proseslərinin və qaydalarının hazırlanmasında iştirak etmək.

Tələblər

  • Ali iqtisadi, riyazi təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti; 
  • Qərarvermə və problem həlletmə qabiliyyəti;
  • Bank qanunvericiliyi ilə bağlı biliklərə malik olmaq; 
  • Sahə üzrə minimum 2  illik iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və Rus dili bilikləri (İngilis dili biliyinin olması arzuolunandır);  
  • MS Office proqramları - xüsusilə Excel üzrə biliklər.

CV göndər

Şəxsi̇ məlumatlar

Təhsil

 
+

Əlavə təlimlər

 
+

İş təcrübəsi

 
+

Dil bilikləri

Kompyuter bilikləri

 
+

Tövsiyyə

 
+
Kodu daxil edin
yenilə
DİQQƏT! Bankımıza işə qəbulla bağlı müraciət edən namizədlərin sayı çox olduğundan, yalnız vəzifə profilinə cavab verən məhdud sayda namizədlərlə əlaqə saxlanılacaqdır. Digər CV-lər CV bazasına daxil ediləcək və münasib vakansiyalar üzrə yenidən dəyərləndiriləcəkdir. Bankımızı uyğun iş yeri kimi gördüyünüz üçün Sizə təşəkkür edirik.