Visa Platinum
Yüksək status, heyrətamiz imtiyazlar və maliyyə nüfuzunun göstəricisi olan bir kartdır.
Ümumi məlumat
Xüsusi imkan və üstünlüklərə malik olan bu kart prestiji dəyərləndirənlər üçün nəzərdə tutulub. Bu kartla Siz dünyanın bütün ölkələrində nağd pul çıxara, ticarət və xidmət müəssisəsində alış-veriş edə bilərsiniz. VISA Platinum kartının sahibi dünyanın hər yerində xüsusi münasibət, yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı özəl endirim və sərfəli təkliflər əldə edirlər. Kart təmassız ödəniş texnologiyasını dəstəkləyir.
Üstünlüklər
- Bankomatda günün 24 saatı nağdlaşdırma
- İnternet vasitəsilə ödənişlər etmək imkanı
- Respublika ərazisində və xarici ölkələrdə xidmət və malların dəyərinin ödənilməsi
- Xaricə səfər etdikdə kartınızda istənilən məbləğdə vəsait aparmaq
- Kart sahiblərinə beynəlxalq dəstək - GCAS
- Səhiyyə və hüquq məsləhətləri - ISOS
- Ölkə xaricində itirilmiş və ya oğurlanmış kartın sahibinə təcili nağd pulun verilməsi
- Xüsusi təkliflər proqramı - Visa Worlds Best Offers
- Azərbaycanda və digər dövlətlərdə bir çox ticarət obyektlərində endirimlər
- Dünyanın 450-dən artıq hava limanının Lounge zallarına daxil olma imkanı verən "Priority Pass" kartının hədiyyə olunması. www.prioritypass.com
- Dünyanın bütün beynəlxalq hava limanlarının biznes salonlarına giriş təminatı - LoungeKey
- Yüksək limitli kredit xətti
- Siğorta şərtləri
- Əlavə üstünlüklər
Tariflər
Kartın qiyməti – 1 il / 2 il / 3 il | 50 AZN / 80 AZN / 100 AZN |
Əlavə kart – 1 il / 2 il / 3 il | 25 AZN / 40 AZN / 50 AZN |
İstifadəyə yararsız kartın yеnisi ilə əvəz еdilməsi | 20 AZN |
Kartın təcili hazırlanması üçün əlavə хidmət haqqı | Bakı filialları - 10 AZN, region filialları - 15 AZN |
Unudulmuş, itirilmiş PİN kodun yenisi ilə əvəz edilməsi | 1,00 AZN/USD/EUR |
"Emergency Cash Disbursement" ( 24 saat ərzində xarici ölkələrdə Kart itirildikdə və ya oğurlandıqda kartsız nağd vəsaitin alınması) | Master Card - 100 EUR/ VISA - 180 USD [1] |
BirBanka mobil tətbiqə qоşulma | Pulsuz |
Ödənişlərə əsassız еtiraza görə tutulan хidmət haqqı | 10 AZN |
Bloklanmış PİN-in açılması | 2 AZN |
Bağlanmış hesabların əməliyyat sistemində saxlanılması | aylıq 1.00 AZN |
Kapital Bankın ATM və filiallarından nağd vəsaitin çıхarılması | 1% (min 1,00 AZN/USD/EUR) |
Digər bankların ATM-lərindən nağd vəsaitin çıхarılması | 1,5% (min 3.50 AZN/USD/EUR) |
Ölkə daxilində digər bankların оfislərindən nağd vəsaitin çıхarılması | 1,5% (min 5.00 AZN/USD/EUR) |
Ölkə xaricində bankların оfislərindən nağd vəsaitin çıхarılması | 1,5% (min 7.50 AZN/USD/EUR) |
Alış-vеriş əməliyyatları üzrə komissiya | 0% |
Ölkə daxilində və xaricində "uniquе" tipli əməliyyatlar üzrə (mərc оyunları) | 3% (min 5,00 AZN/USD/EUR) |
Kapital Banka məxsus ATM vasitəsilə vəsaitin köçürülməsi (Cash by Code) | 1% (min 1,00 AZN/USD/EUR) |
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (ATM vasitəsi ilə) | 0,2% (min 0.50 AZN/USD/EUR) |
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (BirBank vasitəsi ilə) | 0% |
Kartdan karta - Yerli banklara məxsus kartlara vəsaitin köçürülməsi | 0.5% (min 1,5 AZN/USD/EUR) |
Kartdan karta - Xarici banklara məxsus kartlara vəsaitin köçürülməsi | 1,5% (min 3 AZN/USD/EUR) |
Kartdan karta - Vəsaitin alınması | 0% |
Kapital Bankın ofisləri, Cash-in tipli ATM və infoköşk terminalları vasitəsilə karta vəsaitin mədaxil edilməsi | 0% |
Azərbaycan ərazisində POS-tеrminal vasitəsilə həyata kеçirilən vеrgi və gömrük ödənişləri üzrə | 0,2% (min 0,50 AZN) |
Azərbaycan ərazisində POS-tеrminal vasitəsilə həyata kеçirilən inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə | 0,5% (min 0,30 AZN) |
www.gpp.az intеrnеt saytı vasitəsilə aparılan vеrgi, gömrük,inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə | 0,15% (min 0,40 AZN, maks 15.00 AZN) |
Konvertasiya: AZN ödəniş kartı hesabları ilə xarici valyutada aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta) | 0% |
Konvertasiya: AZN ödəniş kartı hesabları ilə ölkə daxilində aparılan xarici valyuta əməliyyatları | 0% |
Konvertasiya: USD/EUR ödəniş kartı hesabları ilə AZN valyutasında aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta) | 0% |
Konvertasiya: Digər əməliyyatlar | 0,5% |
Əmək haqqı kartlarına köçürülən vəsait üzrə | 1% (min 1.00 AZN/USD/EUR) |
[1] Ödəniş sistemlərinin qaydalarına əsasən müvafiq xidmət üzrə müştəriyə təqdim edilə biləcək vəsaitin maksimal məbləği 5000 USD və ya ona bərabər ekvivalent təşkil edir
FAQ
- Kartımın balansını necə artıra bilərəm?
Kartınızın balansını Kapital Bankın filialları, Cash In bankomatları və MilliÖN ödəniş terminalları vasitəsilə artıra bilərsiniz.
- Kapital Bankdan ödəniş kartını necə almaq olar?
Kapital Bankın ödəniş kartını almaq üçün Siz Bankın rəsmi saytında yer alan “Kartın Online sifarişi” bölməsindən istifadə etməklə və ya Bankın filialına (şöbələrinə) müraciət edib sifariş edə bilərsiniz.
- “SMS Banking” xidmətinə necə qoşulmaq olar?
Kapital Bankın “SMS Banking” xidmətinə 3 yolla qoşulmaq mümkündür:
- Yerli struktur bölməsinə müraciət etməklə
- Kapital Banka məxsus hər hansı bir bankomat vasitəsilə
- 196 Müştəri Xidmətinə zəng etməklə
- Ticarət və xidmət məntəqələrində kartla ödəniş edildikdə komisyon haqqı tutulurmu?
Ticarət və xidmət məntəqələrində POS-terminal vasitəsilə kartla ödəniş edildikdə komisyon haqqı tutulmur.
- Kart dollar hesabı ilə açılıbsa, amma mən Avro zonaya səfər edirəmsə, nə etməliyəm?
Bu halda konvertasiya üçün 0.5% komisyon haqqı tutulacaq. Həmçinin, Siz avro kart aça bilərsiniz və bu zaman konvertasiya üçün məbləğ itkisinə məruz qalmazsınız.
- BirBank xidmətinə necə qoşulmaq olar? Pulsuz xidmətdir?
Xidmətə qoşulmaq üçün Siz xidmət olunduğunuz Bankın filialına (şöbələrinə) müraciət edə bilərsiniz. Orada Sizə BirBank xidmətindən istifadə etmək üçün müqaviləni bağlamaq təklif olunacaq. Xidmət 3 iş günü ərzində aktiv edilir. Xidmət pulsuzdur.
- Hesabdan çıxarışı əldə etmək üçün hara müraciət etmək olar?
Hesabdan çıxarışı əldə etmək üçün Siz Bankın istənilən filialına müraciət edə bilərsiniz. Hesab üzrə çıxarışın verilməsi pulsuz, çıxarışdan əlavə təsdiqedici sənədlərin verilməsi isə 10 AZN-dir
- Kartımda hər hansı istifadəçi limiti mövcuddur?
Bank tərəfindən emissiya edilən kartlar vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması və kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı olan ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair plastik kart növləri üzrə gündəlik istifadə limitləri təyin edilmişdir.
- Kart limitini dəyişmək üçün hara müraciət etmək lazımdır?
Hər hansı ölkəyə səyahət etdikdən əvvəl, kartda gündəlik limitlərin dəyişdirilməsi üçün Siz 196 Müştəri xidmətinə, xidmət olunduğunuz Bankın yerli struktur bölməsinə müraciət edə və yaxud “BirBank” xidmətinə daxil olub şəxsi tələblərinizə uyğun limitləri sistemə daxil edə bilərsiniz.
- Cash-in tipli ATM vasitəsilə kartıma vəsait mədaxil etmişəm, lakin həmin vəsait hesabımda görsənmir. Bu halda nə etməliyəm?
Hər hansı texniki səbəbdən (elektrik enerjisinin kəsilməsi, şəbəkədə nasazlıqlar və s.) mədaxil olunmuş vəsait ödəniş kartı hesabına köçürülmədikdə, müştəri dərhal bankın 196 “Müştəri Xidmətinə” və ya xidmət olunduğu filiala müraciət edir.Bu sorğu əsasında Bank tərəfindən 7 iş günü müddətində aidiyyatı araşdırma aparılır və araşdırmanın nəticəsi barədə müştəriyə məlumat verilir.