Digital Card

Bu kart BirBank istifadəçiləri üçün nəzərdə tutulan ödənişsiz virtual kartdır

Digital Card

Digital Card 


Siyahıya qayıt

Ümumi məlumat

Digital Card – banka yaxınlaşmadan BirBank mobil tətbiqi vasitəsilə rəsmiləşdirilə bilən virtual debet kartdır.

Digital Cardın sifarişi iki formada mümkündür:

  • 1. İstifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş kartlar - Bankın qeyri-müştəriləri (BirBank tətbiqində Kapital Bank müştərisi deyilsiz?” bölməsi ilə qeydiyyatdan keçənlər) tərəfindən sifariş edilir;
  • 2. İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartlar - Bankın müştəriləri (BirBank tətbiqində “Kart üzrə qeydiyyat” və “Filial” bölməsi ilə qeydiyyatdan keçənlər) tərəfindən sifariş edilir.

Üstünlüklər

  • Bankomatda günün 24 saatı nağdlaşdırma
  • İnternetdə alış-veriş etmək imkanı
  • Respublika ərazisində və xarici ölkələrdə xidmət və malların dəyərinin ödənilməsi
  • Təmassız ödəniş texnologiyası 

 

Kartdan istifadə edərkən aşağıdakı qaydalarla tanış olun:

Tariflər


Şərtlər Eyniləşdirilməyən Eyniləşdirilmiş
Kartın müddəti 1 il 1 il
Kartın valyutası AZN AZN
Kartın qiyməti Ödənişsiz Ödənişsiz
Kartın maksimal balansı 100 AZN 15 000 AZN
Karta illik mədaxil məbləği 1 000 AZN 15 000 AZN
Kartdan illik məxaric məbləği 1 000 AZN 15 000 AZN
Mümkün əməliyyatlar Ödənişlər (internet və BirBank);
QR Pay (POS)
Ödənişlər (internet və BirBank);
Pul köçürmələri;
Cash by Code;
QR Nağdlaşdırma KB ATM;
QR Pay (POS)
Karta mədaxil (Nağdsız) BirBank əlavəsi (Karta mədaxil),
Digər bankın ödəniş sistemləri və mobil tətbiqləri (C2C),
Kapital Bank-a məxsus ATM (C2C).
BirBank əlavəsi (Karta mədaxil),
Digər bankın ödəniş sistemləri və mobil tətbiqləri (C2C),
Kapital Bank-a məxsus ATM (C2C)
Karta mədaxil (Nağd) Kapital Banka məxsus Cash-In tipli ATM vasitəsilə Kapital Banka məxsus Cash-In tipli ATM vasitəsilə
Qadağan edilmiş əməliyyatlar Pul köçürmələri
Mərc oyunları və cüzdanların top-up olunması (balans artırılması)
nəzərdə tutulmayıb
Digər xidmət haqqıları Ödəniş kartları üzrə tariflərə əsasən Ödəniş kartları üzrə tariflərə əsasən