Kartlar üzrə xidmətlər

3 milyondan çox kart sahibinə xidmət göstərən Kapital Bank debet və kredit kartları üzrə kartdan karta köçürmə, kod vasitəsilə pul göndərişi, SMS info, 3D-Secure və s. xidmətlər təklif edir.

pincode

PIN Set (Yeni PIN kodun təyin edilməsi)

Bu təlimat aşağıda qeyd olunan hallarda istifadə oluna bilər:

  • Kartınızı filialdan PIN zərf olmadan təhvil almısınızsa;
  • Kartın PIN kodunu unutmusunuzsa və ya itirmisinizsə ;

 

PIN kodun təyin edilməsi:

  • Kartınızı bankomata daxil edin;
  • Bankomatın sağ aşağı küncündə PIN SET düyməsini sıxın;
  • "PIN kodun təyin edilməsi" düyməsini sıxın;
  • Ekranda görünən boşluğa istədiyiniz 4 rəqəmi daxil edərək kartınıza yeni PIN kod seçə bilərsiniz;
  • Daxil etdiyiniz PIN kodu təkrar olaraq qeyd edin;
  • Əməliyyat uğurla tamamlanmışdır ;

Beləliklə, Siz PIN kodunuzu təyin etdiniz.

PIN Change

Bu xidmət, Sizin ödəniş kartınızın mövcud PIN kodunu Kapital Banka məxsus bankomatlar vasitəsilə istədiyiniz kod ilə əvəz etməyə imkan yaradır. Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri bu xidmətdən yararlana bilər.

PIN kodun dəyişdirilmə qaydası

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin
  • Mövcud PIN kodunuzu daxil edin;
  • Bankomatın menyusunda “ÖDƏMƏLƏR” əməliyyatını seçin;
  • Açılan pəncərədə “XİDMƏTLƏR” əməliyyatını seçin;
  • Növbəti pəncərədə “PIN CHANGE” xidmətini seçin;
  • Yeni 4 rəqəmli PIN kodunuzu daxil edin və “ENTER” düyməsini basın;
  • Yeni PIN kodunuzu təkrar daxil edin və yenidən “ENTER” düyməsini basın.

Beləliklə, Siz köhnə PIN kodunuzu yenisi ilə əvəzləyirsiniz.

Bilmək məsləhətdir

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin;
  • Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin;
  • Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.
card to card

Cash to card

“Cash-to-Card” xidməti - ATM vasitəsilə istənilən kart hesabına pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə gördərmək üçün nəzərdə tutulmuş xidmətdir. Bu xidmət yalnız “Cash In” Bankomatlarında keçərlidir.

Bankomatdan karta köçürmənin aparılması qaydaları

  • Xidmət olunacaq dili seçin;
  • Açılan “Lütfən əməliyyatı seçin” pencərəsindən “Cash-To-Card” əməliyyatını seçin;
  • Pulu göndərmək istədiyiniz kart nömrəsini daxil edin və “Davam etmək” düyməsini sıxın;
  • Kart nömrəsinin düzgünlüyünə əmin olduqdan sonra “Təsdiq etmək” düyməsini seçin;
  • Dərhal sonra valyuta seçimi çıxacaqdır – AZN, USD, EUR seçimlərindən istədiyiniz valyutanı seçin;
  • Pulları bankomata yerləşdirin;
  • Qoyulan məbləği monitorda gördükdən sonra “Artırmaq” düyməsini sıxın;

Beləliklə siz əməliyyatı bitirmiş olacaqsınız.

Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

Card to Card

Xidmətin şərtləri

  • Card to Card vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və Mobil Bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır;
  • Xidmətdən Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Business/Business Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum,  kart sahibləri istifadə edə bilərlər;
  • Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

 

Köçürmə aparılması qaydaları:

  • Kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu ("Ödəmələr" sonra isə "Card to Card" seçir;
  • Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə) daxil edir;
  • Məbləği və valyutanı daxil edib əməliyyatı təsdiq edir.

 

Xidmət üzrə limitlər:

Vəsaitin göndərilməsi üçün:

İstiqamət Ölkədaxili əməliyyatlar Ölkəxarici əməliyyatlar
Gündəlik limit 4000AZN 1000USD
4 günlük limit 10000AZN 2500USD
Aylıq limit 20000AZN 2500USD

 

Vəsaitin alınması üçün:

İstiqamət Ölkədaxili əməliyyatlar Ölkəxarici əməliyyatlar
Gündəlik limit 4000AZN 2500USD
4 günlük limit 10000AZN 2500USD
Aylıq limit 20000AZN 2500USD

Əməliyyatın valyutası göndərən və ya alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur.

Xidmət tarifləri:

Kapital Banka məxsus ATM vasitəsilə vəsaitin köçürülməsi (Cash by Code) 1% (min 1,00 AZN/USD/EUR)
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (ATM vasitəsi ilə) 0,2% (min 0.50 AZN/USD/EUR)
Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (BirBank vasitəsi ilə) 0%
Kartdan karta - Yerli banklara məxsus kartlara vəsaitin köçürülməsi 0.5% (min 1,5 AZN/USD/EUR)
Kartdan karta - Xarici banklara məxsus kartlara vəsaitin köçürülməsi 1,5% (min 3 AZN/USD/EUR)
Kartdan karta - Vəsaitin alınması 0%
Kapital Bankın ofisləri, Cash-in tipli ATM və infoköşk terminalları vasitəsilə karta vəsaitin mədaxil edilməsi 0%
Kartdan karta - Vəsaitin alınması (əmək haqqı kartlarına) 1% (min. 1AZN/USD/EUR)
cash by code

Cash in

“Cash in” xidməti - ATM vasitəsilə kart hesabınızın balansını istənilən valyutada artırmaq imkanı yaradır. Bu xidmət yalnız “Cash In” Bankomatlarında keçərlidir.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM-ə daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu daxil edin;
  • Bankomatın menyusunda “Ödəmələr” əməliyyatını seçin;
  • “Cash in” əməliyyatını seçin;
  • Açılan pəncərədə valyuta seçimi çıxacaqdır – AZN, USD, EUR – istədiyiniz valyutanı seçə bilərsiniz;
  • Ödəniş məbləğini yazın və “Ödəniş etmək” düyməsini seçin.;
  • Kartınızın nömrəsini və ödəniş məbləği ilə razısınızsa “TƏSDİQ ETMƏK” düyməsini seçrsiniz;
  • Əməliyyatının sonunda təsdiq haqqında çek çap olunacaqdır;

Beləliklə siz əməliyyatı bitirmiş olacaqsınız.

Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

Cash by Code

Xidmətin şərtləri:

“Cash-by-Code” xidməti - ATM vasitəsilə kart hesabından pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə almaq üçün nəzərdə tutulmuş xidmətdir.

Bu xidmətdən Kapital Bankın bütün növ plastik kart istifadəçiləri (pensiya və sosial yardım kartları istisna olmaqla) yararlana bilər. “Cash-by-Code” xidmətində alan tərəf kimi istənilən fiziki şəxs çıxış edə bilər.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM daxil edin,
  • Xidmət olunacaq dili seçin,
  • FİN-kodunuzu daxil edin,
  • ATM/İnfoköşk menyusunda “ödəmələr” bölməsini seçin,
  • “Cash-by-Code” menyusuna daxil olun və xidmətdən istifadəyə görə uyğun komissiyanı ödəməyə razılığınızı bildirin,
  • Köçürməni alan şəxsin mobil telefon nömrəsini və köçürmənin məbləğini daxil edin.

Sistem iki hissədən ibarət kod formalaşdıracaq. Birinci hissə (Kod1) köçürməni alan şəxsin mobil telefonuna SMS-məlumat kimi göndəriləcək, ikinci hissə isə (Kod2) qəbz formasında çap ediləcək və köçürməni edən şəxsdə qalacaq. Pulu göndərən müştəri kodun ikinci hissəsini alana təqdim edir.Nağd pulu almaq üçün köçürməni alan kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.

“Cash-by-Code” xidməti çərçivəsində köçürməni almaq üçün fiziki şəxs Kapital Bankın istənilən ATM-nə yaxınlaşaraq sağ yuxarı küncdə düyməni sıxır və açılan menyuda “Cash-by-Code” opsiyasını seçir. Açılan pəncərədə kodun hər iki hissəsini daxil edir. Əməliyyatın təsdiqlənməsi üçün müştəri həmçinin menyunun müvafiq pəncərəsində gözlənilən pul köçürməsinin məbləğini də daxil etməlidir. Əgər göstərilən bütün elementlər (kod və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verir.

Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı 1%-dir (min 1 AZN) ( göndərən tərəfin hesabından tutulur)

cashtocard

SMS İnfo

Əgər siz bankomatların qarşısında növbə gözləmədən sadəlik və rahatlığı üstün tutursunuzsa, Kapital Bankdan SMS İnfo xidmətinə qoşulun!

SMS İnfo xidmətinə Kapital Bankın bankomatları vasitəsi ilə və ya 196 Məlumat Mərkəzinə zəng etməklə qoşula bilərsiniz. Bunun üçün:

  • Kartınızı Kapital Bankın bankomatına daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • PIN kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS SERVİSLƏR” bölməsini seçin;
  • Bankomatın menyusunda “SMS İnfo” xidmətini seçin;
  • SMS İnfo menyusunda “AKTİV ETMƏK” əməliyyatını seçin
  • Mobil telefonunuzun nömrəsini yazıb “DAVAM ETMƏK” düyməsinə basın;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;
  • SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin

 

Tariflər


SMS Info xidmətinə qoşulma

0 manat

İllik xidmət

0 manat

Seçim 1: 1 SMS üçün xidmət haqqı

0,10 AZN

Seçim 2: 1 illik xidmət haqqı

5 AZN

 

smsinfo

SMS Bankçılıq

SMS Banking – Kapital Bank ASC-nin Azercell, Bakcell və Nar mobil operatorları ilə birgə öz ödəniş kart istifadəçilərinə təqdim etdiyi xidmət paketidir. Bu xidmətdən Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri yararlana bilər.

SMS Banking xidməti hansı imkanları yaradır?

  • Ödəniş kartınız vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması;
  • Ödəniş kartınızın istifadə müddətinin bitməsi haqqında məlumatın alınması;
  • Ödəniş kart hesabınızda olan cari balans barədə məlumatın alınması;
  • Kommunal xidmətlərin ödənilməsi;
  • Azercell, Bakcell və Nar mobile mobil operatorunun xidmətlərinin ödənilməsi;
  • Gündəlik valyuta məzənnəsi barədə məlumatın alınması;
  • Ödəniş kart hesabınızdan qısa məzmunlu çıxarışın alınması;
  • Ödəniş kartınızın müvəqqəti bloklaşdırılması;


Necə qoşulmaq olar ?

 

Kapital Bankın bankomatları vasitəsilə:

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN- kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “Aktiv etmək” əməliyyatını seçin;
  • Mobil telefonunuzun nömrəsini yazıb “Davam etmək” düyməsinə basın;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;
  • SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin;
  • SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən çek çap olunacaq və qeyd etdiyiniz mobil telefon nömrənizə mesaj göndəriləcəkdir.

 

196 Məlumat Mərkəzinə zəng etməklə: 

  • Günün istənilən saatında “196” nömrəsinə zəng edin;
  • Ödəniş kartınızın üzərindəki 16 rəqəmli nömrəni deyin;
  • Məxfi kodunuzu deyin;
  • SMS Banking xidmətinə qoşmaq istədiyiniz mobil telefonunuzun nömrəsini təqdim edin;
  • SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən mesaj telefon nömrənizə göndəriləcəkdir.

 

Alınan SMS məlumatların dilini necə dəyişdirmək olar? 

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “Düzəliş etmək” əməliyyatını seçin;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini dəyişmək istəyinizi təsdiq edin;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilinin dəyişdiyini təsdiq edən çek çap olunacaqdır.

 

SMS Banking xidmətini necə deaktiv etmək olar? 

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “İmtina etmək” əməliyyatını seçin;
  • Mobil telefonunuzun nömrəsini yazın;
  • SMS Banking xidmətini deaktiv etmək istədiyinizi təsdiq edin;
  • SMS Banking xidmətinin deaktiv edildiyini təsdiq edən çek çap olunacaqdır.
Hörmətli istifadəçi

Zəhmət olmasa, BirBank məhsulunun fəaliyyəti haqqında sorğuda iştirak edin.