Kartlar üzrə xidmətlər

3 milyondan çox kart sahibinə xidmət göstərən Kapital Bank debet və kredit kartları üzrə kartdan karta köçürmə, kod vasitəsilə pul göndərişi, SMS info, Mobil Bankçılıq və s. xidmətlər təklif edir.

card to card

Card to Card

Xidmətin şərtləri

  • Card to Card vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və İnternet Bankinq vasitəsi ilə pul köçürmələri imkanı yaradır;
  • Xidmətdən Kapital Bankın kredit kart (Visa Classic, Visa Gold, Visa Business/Business Gold, Visa Platinum, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) və fərdi qaydada açılmış debet kart (Maestro, Electron) sahibləri istifadə edə bilərlər;
  • Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Köçürmə aparılması qaydaları:

  • Card to Card xidmətindən istifadə etmək üçün kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu ("Ödəmələr" sonra isə "Card to Card" seçir. Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə), əməliyyatın məbləğini və valyutasını daxil edib əməliyyatı təsdiq edir.

Xidmət üzrə komisyon haqları:

Vəsaitin göndərilməsi üçün:

İstiqamət Ölkədaxili əməliyyatlar Ölkəxarici əməliyyatlar
Xidmət haqqı 0.25% (min. 1AZN) 1% (min. 3AZN)
Gündəlik limit 4000AZN 1000USD
4 günlük limit 10000AZN 2500USD
Aylıq limit 20000AZN 2500USD

Vəsaitin alınması üçün:

İstiqamət Ölkədaxili əməliyyatlar Ölkəxarici əməliyyatlar
Xidmət haqqı Əmək haqqı kartları üçün: 1% (min. 1AZN/USD/EUR) Digər kartlar üçün: 0% Əmək haqqı kartları üçün: 1% (min. 1AZN/USD/EUR) Digər kartlar üçün: 0%
Gündəlik limit 4000AZN 2500USD
4 günlük limit 10000AZN 2500USD
Aylıq limit 20000AZN 2500USD

Əməliyyatın valyutası göndərən və ya alan hesabın valyutasından fərqli olduqda əlavə olaraq konvertasiya üçün komisyon haqqı uyğun olaraq göndərən və ya alan tərəfdən tutulur.

cash by code

Cash by Code

Xidmətin şərtləri:

“Cash-by-Code” xidməti - ATM, İnfoköşk və “Internet/Mobile Banking” xidməti vasitəsilə kart hesabından pul göndərmək və həmin vəsaiti kart olmadan ATM vasitəsilə almaq üçün nəzərdə tutulmuş xidmətdir.

Bu xidmətdən Kapital Bankın bütün növ plastik kart istifadəçiləri yararlana bilər. “Cash-by-Code” xidmətində alan tərəf kimi istənilən fiziki şəxs çıxış edə bilər.

Köçürmənin aparılması qaydaları:

  • Kartınızı ATM/İnfoköşkə daxil edin,
  • Xidmət olunacaq dili seçin,
  • FİN-kodunuzu daxil edin,
  • ATM/İnfoköşk menyusunda “ödəmələr” bölməsini seçin,
  • “Cash-by-Code” menyusuna daxil olun və xidmətdən istifadəyə görə uyğun komissiyanı ödəməyə razılığınızı bildirin,
  • Köçürməni alan şəxsin mobil telefon nömrəsini və köçürmənin məbləğini daxil edin.

Sistem iki hissədən ibarət kod formalaşdıracaq. Birinci hissə (Kod1) köçürməni alan şəxsin mobil telefonuna SMS-məlumat kimi göndəriləcək, ikinci hissə isə (Kod2) qəbz formasında çap ediləcək və köçürməni edən şəxsdə qalacaq. Pulu göndərən müştəri kodun ikinci hissəsini alana təqdim edir.Nağd pulu almaq üçün köçürməni alan kodun hər iki hissəsini daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.

“Cash-by-Code” xidməti çərçivəsində köçürməni almaq üçün fiziki şəxs Kapital Bankın istənilən ATM-nə yaxınlaşaraq sağ yuxarı küncdə düyməni sıxır və açılan menyuda “Cash-by-Code” opsiyasını seçir. Açılan pəncərədə kodun hər iki hissəsini daxil edir. Əməliyyatın təsdiqlənməsi üçün müştəri həmçinin menyunun müvafiq pəncərəsində gözlənilən pul köçürməsinin məbləğini də daxil etməlidir. Əgər göstərilən bütün elementlər (kod və köçürmə məbləği) düzgün olarsa, bankomat müvafiq pul məbləğini verir.

Xidmət üzrə komisyon haqları:

Vəsaitin köçürülməsinə görə komisyon haqqı 1%-dir (min 1 AZN, 1.00 USD, 1 EUR) ( göndərən tərəfin hesabından tutulur)

cashtocard

PIN Change

Bu xidmət, Sizin ödəniş kartınızın mövcud FİN kodunu Kapital Banka məxsus bankomatlar vasitəsilə istədiyiniz kod ilə əvəz etməyə imkan yaradır. Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri bu xidmətdən yararlana bilər.

PIN kodun dəyişdirilmə qaydası

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin
  • Mövcud PIN kodunuzu daxil edin;
  • Bankomatın menyusunda “ÖDƏMƏLƏR” əməliyyatını seçin;
  • Açılan pəncərədə “XİDMƏTLƏR” əməliyyatını seçin;
  • Növbəti pəncərədə “PIN CHANGE” xidmətini seçin;
  • Yeni 4 rəqəmli PIN kodunuzu daxil edin və “ENTER” düyməsini basın;
  • Yeni PIN kodunuzu təkrar daxil edin və yenidən “ENTER” düyməsini basın.

Beləliklə, Siz köhnə PIN kodunuzu yenisi ilə əvəzləyirsiniz.

Bilmək məsləhətdir

  • PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin;
  • Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin;
  • Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 "Müştəri Xidməti"nə zəng edin.
pincode

SMS İnfo

Əgər siz bankomatların qarşısında növbəyə durmaqdan artıq təngə gəlmisiniz, sadəlik və rahatlığı üstün tutursunuzsa, Kapital Bankdan SMS İnfo xidmətinə qoşulun!

SMS İnfo xidmətinə Kapital Bankın bankomatları vasitəsi ilə və ya 196 “Müştəri Xidməti”nə zəng etməklə qoşula bilərsiniz. Bunun üçün:

  • Kartınızı Kapital Bankın bankomatına daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS SERVİSLƏR” bölməsini seçin;
  • Bankomatın menyusunda “SMS İnfo” xidmətini seçin;
  • SMS İnfo menyusunda “AKTİV ETMƏK” əməliyyatını seçin
  • Mobil telefonunuzun nömrəsini yazıb “DAVAM ETMƏK” düyməsinə basın;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;
  • SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin

Tariflər

SMS Info xidmətinə qoşulma

0 manat

İllik xidmət

0 manat

1 SMS üçün xidmət haqqı

0,10 AZN

smsinfo

SMS Bankçılıq

SMS Banking – Kapital Bank ASC-nin Azercell və Bakcell mobil operatorları ilə birgə öz ödəniş kart istifadəçilərinə təqdim etdiyi xidmət paketidir. Bu xidmətdən Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri yararlana bilər.

SMS Banking xidməti hansı imkanları yaradır?

  • Ödəniş kartınız vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması;
  • Ödəniş kartınızın istifadə müddətinin bitməsi haqqında məlumatın alınması;
  • Ödəniş kart hesabınızda olan cari balans barədə məlumatın alınması;
  • Kommunal xidmətlərin ödənilməsi;
  • Azercell, Bakcell, və Nar mobile mobil operatorunun xidmətlərinin ödənilməsi;
  • Gündəlik valyuta məzənnəsi barədə məlumatın alınması;
  • Ödəniş kart hesabınızdan qısa məzmunlu çıxarışın alınması;
  • Ödəniş kartınızın müvəqqəti bloklaşdırılması;


SMS Banking-ə necə qoşulmaq olar ? Sms banking xidmətinə Kapital Bankın bankomatları vasitəsi ilə və ya 196 “Müştəri Xidməti”nə zəng etməklə qoşula bilərsiniz:

Kapital Bankın bankomatları vasitəsilə:

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN- kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “Aktiv etmək” əməliyyatını seçin;
  • Mobil telefonunuzun nömrəsini yazıb “Davam etmək” düyməsinə basın;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;
  • SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin;
  • SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən çek çap olunacaq və qeyd etdiyiniz mobil telefon nömrənizə mesaj göndəriləcəkdir.

“196” Müştəri Xidmətinə zəng etməklə:

  • Günün istənilən saatında “196” nömrəsinə zəng edin;
  • Ödəniş kartınızın üzərindəki 16 rəqəmli nömrəni deyin;
  • Məxfi kodunuzu deyin;
  • SMS Banking xidmətinə qoşmaq istədiyiniz mobil telefonunuzun nömrəsini təqdim edin;
  • SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən mesaj telefon nömrənizə göndəriləcəkdir.

Alınan SMS məlumatların dilini necə dəyişdirmək olar?

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “Düzəliş etmək” əməliyyatını seçin;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilini dəyişmək istəyinizi təsdiq edin;
  • Nömrənizə göndəriləcək SMS məlumatların dilinin dəyişdiyini təsdiq edən çek çap olunacaqdır.

SMS Banking xidmətini necə deaktiv etmək olar?

  • Kartınızı bankomata daxil edin;
  • Xidmət olunacaq dili seçin;
  • FİN-kodunuzu yığın;
  • Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;
  • “SMS Banking” menyusunda “İmtina etmək” əməliyyatını seçin;
  • Mobil telefonunuzun nömrəsini yazın;
  • SMS Banking xidmətini deaktiv etmək istədiyinizi təsdiq edin;
  • SMS Banking xidmətinin deaktiv edildiyini təsdiq edən çek çap olunacaqdır.

SMS Banking xidmətinin kodları:

Kodlar SMS vasitəsilə “8280” nömrəsinə göndərilir.

Kod Funksiyası Nümunə
BAL yazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmini]yığırsınız Kart hesabınızda olan cari balans haqqında məlumat almaq üçün BAL 1111
ON yazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmini]yığırsınız SMS – məlumatlandırmaxidmətini aktiv etmək üçün ON 1111
OFF yazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmini]yığırsınız SMS – məlumatlandırma xidmətini deaktiv etmək üçün OFF 1111
ST yazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmini]yığırsınız Ödəniş kart üzrə aparılan əməliyyatlar haqqında hesabdan çıxarış almaq üçün ST 1111
BLOCK yazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmini]yığırsınız Kartı bloklaşdırmaq üçün BLOCK 1111
HELP SMS Banking kodlarının tam siyahısını almaq üçün HELP 1111

Mobil telefon operatorunun xidmətinin ödənilməsi:

Kodlar SMS vasitəsilə “8280” nömrəsinə göndərilir.

MobilOperator Kod Funksiyası Nümunə
Azercell SimSim AZSIMboşluq [kartınızın axırıncı dörd rəqəmlərini yığın] boşluq [ödəniləcək məbləğ]boşluq [telefon nömrəniz] Azercell SimSim danışaqlarının ödənilməsi üçün AZSIM 1111 25 0501234567
Azercell Fakturalı Xətt AZABboşluq[kartınızın axırıncı dörd rəqəmlərini yığın]boşluq[ödəniləcək məbləğ]boşluq[telefon nömrəniz] Azercell Fakturalı Xətt danışaqlarının ödənilməsi üçün AZAB 1111 25 0501234567
Azercell Rominq AZRMboşluq[kartınızın axırıncı dörd rəqəmlərini yığın]boşluq[ödəniləcək məbləğ]boşluq[telefon nömrəniz] Azercell Rominq danışaqlarının ödənilməsi üçün AZRM 1111 25 0501234567
Bakcell BKboşluq[kartınızın axırıncı dörd rəqəmlərini yığın]boşluq[ödəniləcək məbləğ]boşluq[telefon nömrəniz] Bakcelldanışaqlarının ödənilməsi üçün BK1111 25 0551234567
Azerfon
Vodafone
AZFboşluq[kartınızın axırıncı dörd rəqəmlərini yığın]boşluq[ödəniləcək məbləğ]boşluq[telefon nömrəniz] Azerfon Vodafone danışaqlarının ödənilməsi üçün AZF1111 25 0771234567
Nar mobile NARMboşluq[kartınızın axırıncı dörd rəqəmlərini yığın]boşluq[ödəniləcək məbləğ]boşluq[telefon nömrəniz] Nar mobiledanışaqlarının ödənilməsi üçün NARM1111 25 0701234567
AZSIM 1111 25 0501234567 kodunu göndərməklə nömrənizin danışıq balansını 25 AZN həcmində çoxaldırsınız.

Valyuta məzənnəsi barədə məlumatın alınması: Kodlar SMS vasitəsilə “8280” nömrəsinə göndərilir.

Kod Funksiyası Nümunə
KURSyazdıqdan sonra boşluq qoyursunuz və[kartınızın axırıncı dörd rəqəmlərini]yığırsınız Valyuta məzənnəsi barədə məlumatın alınması KURS 1111

SMS Banking üzrə xidmət haqqı:

SMS Banking xidmətinə qoşulmaq üçün (birdəfəlik) Alınan SMS məlumatların dilinin dəyişdirilməsi üçün Alınan hər bir SMS məlumat üçün
0 AZN 1 AZN 0,10 AZN

Kommunal xidmətlər üçün ödəmələr:

  • Elektrik enerjisi
  • Su
  • Qaz

Elektrik enerjisinə görə ödəmə etmək üçünaşağıda göstərilən formatda 8280 nömrəsinə SMS göndərmək lazımdır:

IS1111 ХХХ kod nömrəsi Yığırsınız: IS ara məsəfə kartınızın son 4 rəqəmi ara məsəfə ödəmə məbləği ara məsəfə abonentin kodu.

1111 əvəzinə kartınızın son 4 rəqəmini yığırsınız! ХХХ əvəzinə ödəmə məbləğini yığırsınız Elektrik enerjisinə görə ödəmə etmək üçün kodunuzu yığın

* Diqqət! APUS sistemi vasitəsilə ödəmə etmək istərsinizsə,IS əvəzinə ISA yığmalısınız və yuxarıda göstərilən qaydada rəqəmləri yığmağa davam etməlisiniz.

Su üçün ödəmə etmək məqsədilə aşağıda göstərilən formatda 8280 nömrəsinə SMS göndərmək lazımdır:

SU 1111 ХХХ kod nömrəsi Yığırsınız: SU ara məsəfə kartınızın son 4 rəqəmi ara məsəfə ödəmə məbləği ara məsəfə abonentin kodu.

ХХХ əvəzinə ödəmə məbləğini yığırsınız Su üçün borcunuzu ödəmək məqsədilə kodunuzu yığın!

* Diqqət APUS sistemi vasitəsilə ödəmə etmək istərsinizsə, SU əvəzinə SUA yığmalısınız və yuxarıda göstərilən qaydada rəqəmləri yığmağa davam etməlisiniz.

Qaz üçün ödəmə etmək məqsədilə aşağıda göstərilən formatda 8280 nömrəsinə SMS göndərmək lazımdır:

QAZ Kartın nömrəsi məbləğ kodun nömrəsi

QAZ1111 ХХХ kod nömrəsi Yığırsınız: QAZ ara məsəfə kartınızın son 4 rəqəmi ara məsəfə ödəmə məbləği ara məsəfə abonentin kodu.


1111 əvəzinə kartınızın son 4 rəqəmini yığırsınız! ХХХ əvəzinə ödəmə məbləğini yığırsınız Qaz üçün borcunuzu ödəmək məqsədilə kodunuzu yığın!

* Diqqət! APUS sistemi vasitəsilə ödəmə etmək istərsinizsə, QAZ əvəzinə QAZA yığmalısınız və yuxarıda göstərilən qaydada rəqəmləri yığmağa davam etməlisiniz.