3D secure

3D Secure texnologiyası və servisə qoşulma prosesi

3D Secure nədir?

3D Secure texnologiyası – VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur.
MasterCard ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır. Texnologiyanı dəstəkləyən saytlarda aşağıdakı nişanlar olur.

  

Üstünlükləri

  • Real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması–ödənişlər zamanı yalnız Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqi
  • Dələduzlar tərəfindən kartın internetdə istifadəsinin mümkünsüz olması
  • Dələduzluq əməliyyatlarından qaynaqlanan maliyyə itkilərinin qarşısının alınması
  • Texnologiyanı dəstəkləməyən saytlarda baş verə biləcək dələduzluq əməliyyatlarına etiraz hüququ (itki məsuliyyətinin sayt sahibinə ötürülməsi)

Qoşulma qaydası

Xidmətə qoşulmaq üçün Kapital Bankın 196 Məlumat Mərkəzinə müraciət etmək lazımdır.
Müştəri xidmətə iki növ autentifikasiya (eyniləşdirmə) tipi ilə qoşula bilər:

  1. Statik
  2. Dinamik

Statik növ seçildikdə kart sahibi müvafiq pəncərədə qeydiyyatdan keçdikdə özünə şifrə təyin edir.
(4 - 6 simvoldan ibarət) və hər internet ödənişi zamanı bu şifrədən əlavə təhlükəsizlik addımı kimi istifadə edir.

Dinamik növ seçildikdə isə kart sahibi xidmətə öz şəxsi telefon nömrəsini qoşur və hər internet ödənişi zamanı bu nömrəyə bir dəfəlik təhlükəsizlik şifrələri göndərilir və müştəri tərəfindən ödəniş pəncərəsinə daxil edilir.

FAQ