Kartlar üzrə xidmətlər

SMS Bankçılıq

SMS Banking – Kapital Bank ASC-nin Azercell, Bakcell, Nar və Naxtel4G mobil operatorları ilə birgə öz ödəniş kart istifadəçilərinə təqdim etdiyi xidmət paketidir. Bu xidmətdən Kapital Bankın bütün növ ödəniş kart istifadəçiləri yararlana bilər.

SMS Banking xidməti hansı imkanları yaradır?

Ödəniş kartınız vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması;

kapital bank telefona sms gelmesi

Necə qoşulmaq olar ?

Kapital Bankın bankomatları vasitəsilə:

Kartınızı bankomata daxil edin;

Xidmət olunacaq dili seçin;

FİN- kodunuzu yığın;

Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;

“SMS Banking” menyusunda “Aktiv etmək” əməliyyatını seçin;

Mobil telefonunuzun nömrəsini yazıb “Davam etmək” düyməsinə basın;

Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;

SMS Banking xidmətini aktiv etmək istədiyinizi təsdiq edin;

SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən çek çap olunacaq və qeyd etdiyiniz mobil telefon nömrənizə mesaj göndəriləcəkdir.

196 Məlumat Mərkəzinə zəng etməklə:

Günün istənilən saatında “196” nömrəsinə zəng edin;

Ödəniş kartınızın üzərindəki 16 rəqəmli nömrəni deyin;

Məxfi kodunuzu deyin;

SMS Banking xidmətinə qoşmaq istədiyiniz mobil telefonunuzun nömrəsini təqdim edin;

SMS Banking xidmətinə qoşulduğunuzu təsdiq edən mesaj telefon nömrənizə göndəriləcəkdir.


"Birbank" tətbiqi vasitəsilə:

Əsas menyudan ”Kartlar” bölməsinə daxil olun;

Kartınızı seçin;

”Ətraflı” düyməsinə basın;

Açılan pəncərədən ”Tənzimləmələr” seçimini edin;

“SMS Banking” xidmətini seçin;

“Nömrə əlavə edin” əməliyyatını seçin;

Mobil telefonunuzun nömrəsini daxil edin;

Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;

“Yadda saxlamaq” düyməsinə basın.

Alınan SMS məlumatların dilini necə dəyişdirmək olar?

Kapital Bankın bankomatları vasitəsilə:

Kartınızı bankomata daxil edin;

Xidmət olunacaq dili seçin;

FİN-kodunuzu yığın;

Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;

“SMS Banking” menyusunda “Düzəliş etmək” əməliyyatını seçin;

Nömrənizə göndəriləcək SMS məlumatların dilini dəyişmək istəyinizi təsdiq edin;

Nömrənizə göndəriləcək SMS məlumatların dilinin dəyişdiyini təsdiq edən çek çap olunacaqdır.

"Birbank" tətbiqi vasitəsilə:

Əsas menyudan ”Kartlar” bölməsinə daxil olun;

Kartınızı seçin;

”Ətraflı” düyməsinə basın;

Açılan pəncərədən ”Tənzimləmələr” seçimini edin;

“SMS Banking” xidmətini seçin;

“Dəyiş” əməliyyatını seçin;

Mobil telefonunuzun nömrəsini daxil edin;

Nömrənizə göndəriləcək SMS məlumatların dilini seçin;

“Yadda saxlamaq” düyməsinə basın.

SMS Banking xidmətini necə deaktiv etmək olar?

Kapital Bankın bankomatları vasitəsilə:

Kartınızı bankomata daxil edin;

Xidmət olunacaq dili seçin;

FİN-kodunuzu yığın;

Bankomatın menyusunda “SMS Banking” xidmətini seçin;

“SMS Banking” menyusunda “İmtina etmək” əməliyyatını seçin;

Mobil telefonunuzun nömrəsini yazın;

SMS Banking xidmətini deaktiv etmək istədiyinizi təsdiq edin;

SMS Banking xidmətinin deaktiv edildiyini təsdiq edən çek çap olunacaqdır.

"Birbank" tətbiqi vasitəsilə:

Əsas menyudan ”Kartlar” bölməsinə daxil olun;

Kartınızı seçin;

”Ətraflı” düyməsinə basın;

Açılan pəncərədən ”Tənzimləmələr” seçimini edin;

“SMS Banking” xidmətini seçin;

“Sil” əməliyyatını seçin;

SMS Banking xidmətini deaktiv etmək istədiyinizi təsdiq edin.

Tariflər
Aylıq SMS məlumatlandırma xidməti *
1 AZN

* Xidmət təqaüd, sosial, Visa Platinum və daha yüksək kateqoriyalı kartlarda ödənişsizdir.