Kartlar üzrə xidmətlər
ƏDV geri al
-
Əməliyyat bu kartlarla aparılmalıdır. Kassa operatorunun tədqim etdiyi çek edvgerial.kapitalbank.az və ya Birbank tətbiqindən skan edilməlidir, əks halda əlavə (2 qat ƏDV) məbləği qaytarılmır;
-
2-ci qat bonus yalnız çek üzrə ƏDV qaytarıldıqdan sonra mümkün olacaqdır. Nümunə: müştəri 10.01.2022-ci il tarixində əməliyyat edib və çek üzrə ƏDV məbləği 10.02.2022 tarixində qaytarılacaqdır. ƏDV qaytarılan kimi dərhal, onun 2–ci qatı əlavə bonusu da qaytarılacaqdır.
-
Çeki skan etmədən öncə kart sahibinin FİN kodu və edvgerial.kapitalbank.az portalında qeydiyyatda olan FİN kod eyni olmalıdır, əks halda 2 qat ƏDV məbləği qaytarılmır;
-
2 qat ƏDV üçün ödəniş tam olaraq nağdsız və birdəfəlik şəkildə ödənilməlidir. (Məsələn 180 AZN-lik məhsul üçün 100 AZN və 80 AZN ödəniş edilib və 2 pos terminal qəbzi verilib, ancaq 180 AZN dəyərində kassa qəbzi verilibsə bu halda 2 QAT hesablanmır, sadə ƏDV qaytarılacaqdır). Bir hissəsi nağdsız, bir hissəsi nağd, bonus, kredit və ya avans ilə olunan ödənişlər 2 qat ƏDV məbləği qazandırmır;
-
Əməliyyat zamanı ilk POS terminal qəbzi sonra isə kassa aparatının qəbzi çıxsa, maksimum 30 dəqiqə ərzində çıxmalıdır (yəni hər iki qəbzin çap olunması vaxtını arasındakı müddət nəzərdə tutulur, qəbzin oxudulması deyil), əks halda 2 qat ƏDV-nin qaytarılması mümkün olmayacaq;
-
Əməliyyat zamanı ilk kassa aparatının qəbzi sonra isə POS terminal qəbzi çıxsa, maksimum 5 dəqiqə ərzində çıxmalıdır (yəni hər iki qəbzin çap olunması vaxtını arasındakı müddət nəzərdə tutulur, qəbzin oxudulması deyil), əks halda 2 qat ƏDV-nin qaytarılması mümkün olmayacaq.
-
Apple Pay/Google Pay, NFC və digər bu tipli təmassız ödəniş vasitələri üzərindən Birbank Cashback taksit kartı ilə ödəniş edildikdə də 2 qat ƏDV hesablanır. POS-terminal qəbzində virtual kart nömrəsinin əks olunması heç bir məhdudiyyət yaratmır.
-
11.04.2023-ci il tarixindən etibarən 2 qat ƏDV bonusuna 20 AZN-lik limit tətbiq edilmişdir. Qeyd olunan tarixdən sonra əlavə olunan qəbzlərə Kapital Bank tərəfindən 2 qat ƏDV ay ərzində maksimum 20 AZN hesablanacaqdır. 20 AZN-ə çatdıqdan sonra istifadəçilər ƏDV geri al məhsul şərtlərinə uyğun olaraq bonuslarını qazanmağa davam edə bilərlər. Əgər istifadəçiyə yüklənməli 2-ci qat ƏDV cari ay üçün 20 AZN limiti aşırsa, bu halda 2-ci qatın tam məbləği yüklənməyəcək və yalnız 1-ci qat qaytarılacaq. Bu səbəbdən 2x stikeri Birbank-da əks olunmayacaq.