Kartlar üzrə xidmətlər
PIN Set (Yeni PIN kodun təyin edilməsi)
Kartın PIN-i aşağıdakı hallarda IVR(196), Birbank və ATM vasitəsilə yenidən təyin edilə bilər:
-
Kartınızı filialdan PIN zərf olmadan təhvil almısınızsa;
-
Kartın PIN kodunu unutmusunuzsa və ya itirmisinizsə.
Birbank-da PIN kodun təyin edilməsi üçün:
-
Daha çox menyusuna daxil olun;
-
Hesablar və kartlar bölməsinə keçid edin;
-
Kartı seçin;
-
Açılan pəncərədə «Sazlamalar» hissəsinə daxil olun;
-
Siyahıdan «PİN-i təyin et» seçin;
-
Açılan pəncərədə «Yeni PİN-i daxil et» xanalarına təyin etmək istədiyiniz 4 rəqəmli yeni PİN kodu qeyd edirsiniz. (2 dəfə)
ATM-də PIN kodun təyin edilməsi üçün:
-
Kartınızı bankomata daxil edin;
-
Bankomatın sağ aşağı küncündə PIN SET düyməsini sıxın;
-
“PIN kodun təyin edilməsi” düyməsini sıxın;
-
Ekranda görünən boşluğa istədiyiniz 4 rəqəmi daxil edərək kartınıza yeni PIN kod seçə bilərsiniz;
-
Daxil etdiyiniz PIN kodu təkrar olaraq qeyd edin;
-
Əməliyyat uğurla tamamlanmışdır.
PIN Change (PIN kodun dəyişdirilməsi)
Bu xidmət, Sizin ödəniş kartınızın mövcud PIN kodunu Kapital Banka məxsus bankomatlar vasitəsilə istədiyiniz kod ilə əvəz etməyə imkan yaradır. Kapital Bankın bütün növ ödəniş kartı istifadəçiləri bu xidmətdən yararlana bilər.
Bilmək məsləhətdir:
- PİN kodunuzu dəyişərkən təkrarlanan (1111) və ardıcıl olan (1234) rəqəmlərdən istifadə etməyin
- Təhlükəsizliyiniz üçün bütün ödəniş kartlarınız üçün eyni PIN kodu seçməyin;
- Ödəniş kartdan istifadə zamanı hər hansı bir problem yaranarsa, günün 24 saatı fəaliyyət göstərən 196 Məlumat Mərkəzinə zəng edin.
Birbank-da PIN kodun dəyişdirilməsi üçün:
-
Daha çox menyusuna daxil olun;
-
Hesablar və kartlar bölməsinə keçid edin;
-
Kartı seçin;
-
Açılan pəncərədə «Sazlamalar» hissəsinə daxil olun;
-
Siyahıdan «PİN-i dəyiş» seçin;
-
Açılan pəncərədə «Yeni PİN-i daxil et» xanalarına təyin etmək istədiyiniz 4 rəqəmli yeni PİN kodu qeyd edirsiniz. (2 dəfə)
* 01.11.2022-ci il tarixindən etibarən, Birbank vasitəsi ilə PİN kodun yenisi ilə əvəz edilməsi xidməti artıq ödənişsizdir.
ATM-də PIN kodun təyin edilməsi üçün:
-
Kartınızı bankomata daxil edin;
-
Mövcud PIN kodunuzu daxil edin;
-
Bankomatın menyusunda “ÖDƏMƏLƏR” əməliyyatını seçin;
-
Açılan pəncərədə “XİDMƏTLƏR” əməliyyatını seçin;
-
Yeni 4 rəqəmli PIN kodunuzu daxil edin və “ENTER” düyməsini basın;
-
Yeni PIN kodunuzu təkrar daxil edin və yenidən “ENTER” düyməsini basın.