Birbank

NFC (Near Field Communication) istifadəsi zamanı müştəri BirBank mobil tətbiqi vasitəsi ilə kart olmadan ödəniş edə bilmə imkanına malikdir. NFC Ödənişlər üçün ona məxsus hər hansısa bir Kapital Bank kartını təyin edir, ödəniş etdikdə sadəcə telefonu pos terminala yaxınlaşdırır və ödəniş həyata keçir. NFC ilə bu prossesdə artıq plastik karta fiziki olaraq ehtiyac qalmır.

Əgər müştərinin kartı yoxdursa, BirBank vasitəsilə Digital Card sifariş edə bilər - kart dərhal aktiv olur və nəticədə banka yaxınlaşmadan müştəri kart sahibi olur və həmin kartdan NFC ödənişlər ilə alış-verişini nağdsız şəkildə icra edə bilər.

NFC Pay-in aktivləşdirilməsi

BirBank-da "NFC Pay" ilə ödəniş 2 formada mümkündür.


Qeyd: NFC ödənişlər yalnız 100 AZN-dək əməliyyatlar zamanı mümkündür.

BirBank-ın “SMS Radar” funksiyası müştərilərə avtomobil və sürücülük vəsiqələrini tətbiqə əlavə edərək cərimələri haqqında bildirişlər almaq, müvafiq cərimələri izləmək və ödəniş edə bilmək (BirBank vasitəsilə) kimi üstünlüklər təqdim edir. Müştərilər, həmçinin, ödənişlərə görə bonus ürəklər qazanırlar. Qeyd edək ki, əlavə olunan hər avtomobil üçün xidmət haqqı aylıq 1 AZN-dir.

Alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Xidmət nöqtələrində ödənişləri artıq BirBank vasitəsilə etmək mümkündür. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün BirBank-da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta Kapital Bank-a aid olmayan kartdan da. QR Pay keçərli olan mağazalar üçün klikləyin.

Yeni BirBank tətbiqi ilə artıq bir çox bank əməliyyatlarınızı bir hesabdan idarə edə bilərsiniz. Yenilənmiş tətbiqdə bu funksiyalardan istifadə edə bilərsiniz:

Sadəcə kart məlumatlarınızı daxil etməklə 1 dəqiqə ərzində onlayn qediyyat

Barmaq izi ilə daxil olmaq

Kreditlərinizi izləmək, aylıq ödənişlərinizi etmək

Depozitlərinizi idarə etmək, gündəlik hesablanan faizlərə nəzarət etmək

Kartlarınızın balansına baxmaq, çıxarış əldə etmək və ehtiyac olduqda kartı blok etmək

Virtual kart sifarişi

Hesablarınıza nəzarət, çıxarış əldə etmək və hesablar üzrə bütün əməliyyatların həyata keçirilməsi

Kommunal və mobil xidmətlər üzrə borclarınızı ödəmək, şablonlar əlavə etmək və avtomatik ödənişləri aktivləşdirməklə bütün ödənişləri vaxtında həyata keçirmək

Ödənişlərinizin tarixçəsini izləmək

Hesablarınız arasında, digər şəxsin hesabına, öz kartınıza və digər kartlara köçürmələr etmək, şablonlar yaratmaq və şablonlar əsasında bir anda köçürmələr etmək

Köçürmələrinizin tarixçəsini izləmək

Yaxınlıqdakı Kapital Bank ATM və filiallarının xəritə üzərində göstərilməsi

Valyuta məzənnələrini izləmək

Şəxsi profilinizə şəkil əlavə etmək

BirKart Partnyor mağazalarını xəritə üzərində göstərilməsi

Telefon kitabçasında olar kontaktlara vəsaitin göndərilməsi, və həmin vəsaitlərin ATM vasitəsi ilə nağdlaşdırılması

Ödəniş karti ilə aparılmış xərcləri dostlarınız ilə paylaşmaq imkanı

Telefon kitabçasında olar BirBank tətbiqi digər istifadəçilərindən vəsaiti istəmək

Bank ilə əlaqə saxlamaq imkanı (çat)

Ödəniş kartı və Kredit üçün online müraciət etmək imkanı

Digər Banklara məxsus olan kartların ödəniş kartlarını tətbiqə əlavə etmək və ödəniş/köçürmə aparmaq imkanı