Risklərin idarə edilməsi

Ümumi məlumat

“Kapital Bank” ASC-də Risklərin idarə edilməsi,  Azərbaycan Respublikası Mərkəzi Bankının Risklərin idarə edilməsi üzrə standart və qaydaları, Bazel Komitəsinin kredit təşkilatlarında risklərin idarə edilməsinə dair tövsiyələri və eləcə də, Kapital Bank ASC-nin daxili nizamnamə, siyasət və metodologiyası üzərində qurulmuş qayda və prosedurlarına uyğun həyata keçirilir.  

Risklərin idarə edilməsi prosesi 

I müdafiə II müdafiə III müdafiə
İdarə Heyəti Səhmdarların İclası
CRO
Biznes Bölümü İcraçı Komitələr Daxili Audit
  Risklərin İdarə Edilməsi Departamenti Audit Komitəsi
  Risk Komitəsi Müşahidə Şurası

 

Müşahidə Şurası ümumilikdə bankın risklərinə nəzarəti həyata keçirir: bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, limitləri və digər strateji hesabat və normalarını təsdiqləyir, idarə heyətinin risklər üzrə fəaliyyətinə nəzarət funksiyasını həyata keçirir.   

İdarə heyəti MŞ-in təsdiqlədiyi risk siyasətinə və strategiyasına uyğun olaraq Müəssisə Risklərinin İdarə edilməsi (MRİ) üzrə məqsəd və vəzifələri həyata keçirərək, bankın fəaliyyətini idarə edir. Habelə, fövqəladə hallar planı, risk iştahası və digər göstəricilərin hazırlanmasına və təkmilləşməsinə dəstək verir, müvafiq struktur bölmələri lazımi ehtiyatlarla təmin edir.

Riskləri İdarəetmə Komitəsi MRİ siyasətini, risk limitlərini, riskin idarə edilməsi modelini, eləcə də riskə dözümlülük, nəticə və ehtimal şkalaları və digər bu kimi  sənədləri nəzərdən keçirir və təkliflər verir. RİK risklərin idarə edilməsi üzrə ümumi praktikanın təkmilləşdirilməsi, çağırışlar və yeni imkanlar barədə təkliflər hazırlanmasını təmin edir.

CRO risklərin idarə edilməsi fəaliyyətinə nəzarət etməklə bərabər bu sahədə müvafiq struktur bölmələrin və İdarə Heyətinin fəaliyyətini əlaqələndirir, düzgün və vaxtında hesabatlılığı təmin edir, habelə, riskə məruz qalma statusu, ümumkorporativ risk həddi limitləri və risk minimallaşması strategiyalarına nəzarət edir. CRO həm də resursların bölgüsü (investisiya) barədə qərarların ən düzgün və tam məlumatlar əsasında qəbul edilməsi, eləcə də tətbiq edilən qərar qəbulu üsullarının düzgün və müvafiq olmalarını təmin edir.  

Risklərin idarə edilməsi departamenti MRİ proqramını işləyib hazırlayır, tətbiq və idarə edir: :

  • Korporativ səviyyədə hesabatı veriləcək əsas riskləri müəyyən edir;
  • Risklərin idarə edilməsi üzrə proses və qaydaları, alətləri, informasiya sistemlərini və sair məsələləri risk sahibləri ilə razılaşdırır;
  • Portfelin keyfiyyəti, anomaliyaları və s. izləyir;
  • Biznes proseslərdə riskləri təhlil edir, optimallaşdırma aparır;
  • Bankın riskləri və risk portfeli barədə RİK-ə hesabat verir;
  • Kommunikasiya və ya təlim vasitəsilə bankda risklərin idarə edilməsi qabiliyyətinin praktikasının təkmilləşdirilməsi üçün təkliflər verir;
  • Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəylər verir və s.  

Risklərin təsnifləşdirilməsi

Kredit riski:

Kredit riski borclunun borcunu ödəməməsi və ya digər kredit xətti üzrə ödənişini həyata keçirməməsi səbəbindən yaranan itki riskidir. Öhdəliyin yerinə yetirilməmə hallarına ödənişlərin gecikdirilməsi, borclunun ödənişinin restrukturizasiyası və defolt olma halları daxildir.

  • Kredit riskinin idarə edilməsinə dair tənzimləyici çərçivə yaradılır, təkmilləşdirilir və icrasına nəzarət edilir
  • Yeni məhsullar istifadəyə verilməzdən öncə kredit risklərinin məqbul hədlərdə olduğu qiymətləndirilir
  • Kredit məhsullarının xüsusiyyətlərindən asılı olaraq yeni nəzarət alətləri və hesabatlıq sistemi (red flag, skoring, stop loss və s.) yaradılır
  • Risk menecment alətlərindən istifadə edilməklə portfel təhlil edilir:
    • Riskə məruz portfel
    • Gözlənilən İtki (EL) və onun komponentləri:Probability of Default, Loss Given Default
    • Vintaj Təhlili
    • Stress Test modellər
    • Ssenari analizi / “What-if?”(“Əgər ... baş versə?”) təhlili
    • Tranzisiya matrisləri 
    • Təqib sisteminin təhlili.
    • Retrospektiv modelləşdirmə və proqnozlar 
  • Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyatlar yaradılır (IFRS + AMB)

Əməliyyat riski:

Əməliyyat riski qeyri-qənaətbəxş və ya uğursuz daxili proseslərin, insanların və sistemlərin, yaxud kənar hadisələrin səbəb olduğu itki riskidir.

  • Əməliyyat riskləri üzrə metodlar və modellər seçilir və tətbiq edilir  
  • Riskə məruz qalan biznes bölmələri, təşkilati fəaliyyətlər və proseslərin müəyyənləşdirilir
  • Bank əməliyyatları zamanı insan faktoru, texnologiya və s. üzrə risklər və itkilər barədə məlumat toplanır, bazel standartları əsasında təsnifləşdirilir və idarə edilir
  • Biznes prosesləri (habelə yeni məhsullar) qiymətləndirilir  
  • Bank daxili qayda və prosedurların bank işində tətbiqi üzrə monitorinq aparılır
  • Əsas Risk Göstəriciləri və limitlər təhlil edilir:
    • Kredit satışı zamanı nöqsanlar (sayı)
    • Müştəri şikayətləri (sayı)
    • İT təminatda dayanmalar və kənar müdaxilələr (sayı)
    • İşçilərdə: qəzalar (sayı), dedlaynların pozulması (sayı)Количество нерешенных вопросов в отзывах внутреннего аудита
    • Daxili nəzarət/audit rəylərində həlli açıq qalmış məsələlər (sayı) və s.
    • Müəyyənləşdirilməsi çətin olan risklərin təhlili məqsədilə risk sahiblərinə sorğular və s.

 

Likvidlik riski:

Likvidlik riski həm əməliyyat tələblərini, həm də strateji məqsədləri həyata keçirmək üçün lazımi səviyyədə likvid vəsaitin saxlanması ilə bağlı önə çıxan riskdir.

  • Likvidlik risk üzrə metodlar və modellər seçilir və tətbiq edilir.
  • Risk yaradan daxili və kənar səbəbləri əks etdirən risk indikatorları təhlil edilir: 
    • Likvidlik üzrə Stress Testlər və Şok Hadisələrin təhlili
    • Maliyyələşmədə konsentrasiyanın müəyyənləşdirilməsi
    • Likvidliklə Örtülmə, Ani Likvidlik və digər göstəricilərin hesablanması və təhlili
    •  Ödəniş müddətlərinin bölgüsü və likvidlik qəp təhlili
    •  Valyutalar üzrə likvidliyin və ödənişlərin təhlili və s.

 

Bazar riski:

Bazar riski investisiya və ya ticarət portfeli olmasından asılı olmayaraq, portfelin dəyərinin bazar riski faktorlarındakı volatillik səbəbindən dəyişməsi riskidir.

  • İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklər araşdırılır, kreditləşmə və aktiv-passivlərin idarə olunmasına mümkün təsirlər müəyyənləşdirilir  
  • Faiz dərəcəsi riski, faiz dərəcələrinin dəyişməsi və/ya ehtimal olunan dəyişkənliyin pozulması yoxlanılır
  • Yenidən Qiymətləndirmə Boşluğunun təhlili (Repricing Gap Analysis)     
  • Qiymətli Kağız riskləri: Səhm və İstiqrazların dəyərinin dəyişməsi, gəlirlik əyriləri və s. nəzərdən  keçirilir
  • Xarici valyuta məzənnələrinin və əmtəə qiymətlərinin dəyişməsindən önə çıxan risklərin bank aktivlərinə təsiri yoxlanılır
    - Stress testlərin hazırlanması
    - Ssenari təhlili və s.

Strateji risk:

Strateji qərarların səmərəli tətbiq olunmamasından irəli gələn, gəlir və ya kapitala çıxış imkanına mənfi təsir potensialı daşıyan risklər.

  • Bankın uzunmüddətli yol xəritəsinə riayət olunması nəzarətdə saxlanılır
  • Yeni biznes mühitinə keçidi şərtləndirən iqtisadi, siyasi, sosial və s. trendlər izlənir
    •  Bazarda yeni rəqabət
    • Yeni məhsullar
    • Yeni texnologiyalar və təcrübələr və s.
  • Alternativ biznes istiqamətlərinin effektiv qiymətləndirilməsinə nəzarət olunur 
  • Resurslardan səmərəli istifadənin monitorinqi aparılır
  • Strateji qərarların səmərəli tətbiq olunmasına nəzarət edilir və s.

Reputasiya riski:

Reputasiya riski bank haqqında mənfi ictimai fikrin formalaşması riskidir.

  • Bank haqqında xarici təsəvvürün pisləşməsini şərtləndirə biləcək halların monitorinqi aparılır 
    • Bankın fəaliyyət göstərdiyi sektorun imicinin pisləşməsi
    • Bankın tərəfdaşlarının imicinin pisləşməsi
    • Bankın qəbul etdiyi normativlərdən kənarlaşmalar
    • Bank haqqında yalan məlumat və şayiələrin yayılması
  • Kommunikasiya kanalları təkmilləşdirilir 
  • Bank əməkdaşlarının maarifləndirilməsi aparılır və s.