Bank haqqında

Korporativ idarəetmə

“Kapital Bank” ASC ölkənin birinci bankı olaraq bütün fəaliyyət istiqamətlərində olduğu kimi korporatv idarəetmə sahəsində də təşəkkül tapmış ən yüksək standartları rəhbər tutur.

Əsas məqsədimiz korporativ idarəetməyə dair Azərbaycan Respublikasının hüquqi aktlarında və qabaqcıl beynəlxalq təcrübədə müəyyən olunmuş tələbləri əsas tutaraq “Kapital Bank” ASC-də etibarlı, şəffaf idarəetmə və hesabatlıq sistemini təşkil etmək, habelə risk mədəniyyətinin və risklərin idarə olunmasının effektivliyini təmin etməkdir.

Korporativ idarəetmə standartlarının tətbiqi zamanı effektivliyin yüksəldilməsi ilə yanaşı,  “Kapital Bank” ASC bankda korporativ mədəniyyətin inkişafına da xüsusi diqqət yetirir. Müəyyən edilmiş etik davranış tələblərinə ciddi riayət etmə və bankın əsas dəyərlərinə sadiq qalma korporativ mədəniyyətin formalaşmasına və möhkəmlənməsinə şərait yaradan əsas amillərdən biridir.

Komitələr, Komissiyalar və Qruplar

İntizam Komissiyası

Komissiya Bankın işçiləri Əmək Məcəlləsi və digər hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə, hüquqlarından sui-istifadə etdikdə və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə, onların intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı İşəgötürənə təklif verilməsi barədə qərar qəbul edir.

Məlumatların idarə edilməsi komissiyası

Məsələ ilə bağlı məlumat sahələrinin sahiblərinin təyin edilməsi, sahələrarası koordinasiyanın təmin edilməsi, məlumatların idarə edilməsi ilə bağlı olaraq mübahisəli məsələlərin həll edilməsi və keyfiyyətə nəzarət edilməsi ilə məşğul olur.

Aktiv və Passivlərin İdarə Edilməsi Komissiyası

Bankdaxili qaydalara əsasən likvidlik və bazar risklərinin, habelə maliyyə vəsaitlərinin idarəedilməsi istiqamətlərini və hədəflərini müəyyən edir, Bankın likvidliyini və aktiv-passivlərin operativ idarəedilməsi strategiyasını müəyyənləşdirir, o cümlədən aktiv və passivlərin idarəedilməsi sahəsində Bankın gündəlik fəaliyyətinin həyata keçirilməsində İdarə Heyətinə köməklik edir.

Mərkəzi Ekspert Komissiyası

Komissiyanın əsas məqsədi Bankda sənədlərin ekspertizasını həyata keçirmək, ekspertiza işinə rəhbərlik və metodiki köməklik göstərməkdir.

Fövqəladə Hallar Komissiyası

Komissiyanın əsas məqsədi Banka məxsus, habelə Bankın istifadəsində olan ərazilərdə fövqəladə halların qarşısının alınması, habelə onların nəticələrinin aradan qaldırılması üzrə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilindən ibarətdir.

İnvertarizasiya Komissiyası

Komissiya, Bankın əmlakının faktiki mövcudluğunun aşkar edilməsi, əmlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatı ilə tutuşdurulması, öhdəliklərin uçotda tam əks etdirilməsinin yoxlanılması, əmlakın qiymətləndirilməsinin düzgün əks etdirilməsinin yoxlanılması, inventarizasiya tarixinə əmlakın vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə yaradılıb.

Komplayens Komissiyası

• “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Komplayens komissiyası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi aktlar və bu Əsasnamə əsasında fəaliyyət göstərir. Komissiyanın yaranma məqsədi komplayens məsələlərinə dair müzakirələrin aparılması və operativ qərarların verilməsidir.

Maddi Motivasiya Komissiyası

Mükafatlandırma siyasətinin əsas müddəalarına və İdarə Heyətinin tövsiyələrinə əməl edilməsi məqsədilə yaradılmışdır.

Kredit Komissiyası

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Orta Kredit Komissiyası

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Kiçik Kredit Komissiyası

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit (burada “Kredit” dedikdə “Banklar haqqında” Qanunda nəzərdə tutulan “bank kredit”i anlayışı başa düşülür) risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir.

Mikrokredit Komissiyası

Komitə Bankda kreditləşmə fəaliyyətinin (İdarə Heyəti tərəfindən təsdiqlənmiş mikrokredit, digər mikrobiznes məhsulları və restrukturizasiya müraciətlərinə dair standart şərtlər çərçivəsində və şərtlərdən kənar müraciətlərə (faiz, müddət, komissiya, məbləğ, təminat və s) baxmaq) idarə edilməsi məqsədilə yaradılmış kollegial orqandır.

İpoteka Kredit Komissiyası

Komitənin əsas məqsədi qəbul olunmuş Kredit siyasətinə müvafiq olaraq, kredit (ipoteka kreditləri və onların restrukturizasiyaları, habelə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AİKZF) vəsaiti hesabına ayrı-ayrı müştərilərə verilmiş ipoteka kreditlərinə münasibətdə tətbiq olunacaq restrukturizasiya) risklərinin idarə edilməsi sahəsində İdarə Heyətinə köməklik göstərməkdir.

Pərakəndə Kreditlər Komissiyası

Komitənin əsas məqsədi qəbul olunmuş Kredit siyasətinə müvafiq olaraq, kredit (dedikdə İdarə Heyəti və/və ya Müşahidə Şurası tərəfindən Komitəyə verilən səlahiyyət limitləri daxilində Komitə tərəfindən baxılan və haqqında qərar verilə bilən məbləğdə istehlak kreditləri) risklərinin idarə edilməsi sahəsində İdarə Heyətinə köməklik göstərməkdir.

Satınalma Komissiyası

Satınalma siyasətinə müvafiq olaraq, Bankın vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, Bank üçün əlverişli şərtlərlə satınalma müqavilələrinin bağlanması, Bankın əmlak maraqlarının qorunması və satınalma risklərinin idarə edilməsi ilə bağlı işlər görür.

Xidməti silahların idarə edilməsi komissiyası

Komissiya Bankın xidməti silah təhkim edilmiş, eləcə də gələcəkdə təhkim edilməsi nəzərdə tutulan əməkdaşlarının müvafiq bilik və bacarıqlarının yoxlanması ilə bağlı məsələləri həll etmək, əməkdaşların maarifləndirilməsi məqsədilə təlim proqramı hazırlamaq və tədris etmək, DİN-in ərazi üzrə polis orqanı əməkdaşlarının iştirakı ilə əməkdaşların bilik və bacarıqlarının yoxlanılıb qiymətləndirilməsini təmin etmək, xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququnu təsdiq edən şəhadətnamənin DİN tərəfindən verilməsi haqqında vəsadətin qaldırılmasını təmin etmək məqsədilə yaradılan kollegial orqandır.

Model Risklərinin İdarə Edilməsi Komissiyası

Komissiyanın əsas məqsədi Risk siyasəti və modelləri ilə bağlı normativ sənədlərin tələblərinin icra edilməsi və onlara dəyişikliklərin təklif edilməsi, həmçinin model planlarının təsdiq edilməsi və yeni modellərin və ya cari isifadə olunan modellərin alqoritmi haqqında qərarın verilməsindən ibarətdir.

İnvestisiya Komissiyası

Komissiya Bankın aktivlərinin investisiya edilməsi, müxtəlif maliyyə alətlərinə yerləşdirilməsi və səmərəli idarəetmə yolu ilə faiz və ticarət (dilinq) gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.

Böyük Kredit Komitəsi


• Müşahidə Şurası tərəfindən müəyyənləşdirilmiş limitlər daxilində Bankın adından kreditlər və sənədli əməliyyatlar üzrə müvafiq qərarlar qəbul etmək, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək;
• Bankın kredit siyasətinə dair rəy və təkliflərini Müşahidə Şurasına təqdim etmək;
• Öz fəaliyyəti barədə Müşahidə Şurasına ildə bir dəfə hesabat vermək.

Audit Komitəsi


• “Banklar haqqında”, habelə “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək;
• Bankın uçot siyasətinin təkmilləşdirilməsinə nəzarət etmək;
• Bankın maliyyə hesabatlarının şəffaflığına, tamlığına, bankın fəaliyyətinin qanunvericiliyə və bu Standartların tələblərinə uyğunluğunun təmin edilməsinə nəzarət etmək;
• Bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü tərəflərin tövsiyələrini nəzərdən keçirmək;
• Təsdiq edilmiş daxili audit planlarını hüquqi aktlarla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmək;
• Kənar auditordan audit zamanı aşkar olunan mühüm faktlar və hadisələr haqqında məlumatın dərhal ona verilməsini tələb etmək;
• Kənar auditlə əlaqədar bankın və onun törəmə təsərrüfat cəmiyyətlərinin fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək;
• İl ərzində bankda aparılmış daxili audit yoxlamaları barədə hesabatı Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmək,
• Azərbaycan Respublikasının Mərkəzi Bankının sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatların aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.

Oqtay Həsənov

Bankın Audit Komitəsinin sədri

Nərmin İsgəndərova

Audit Komitəsinin üzvü

Svetlana Əliyeva

Audit Komitəsinin üzvü

Korporativ İdarəetmə Komitəsi


• Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğuna nəzarət etmək, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırmaq, onların aradan qaldırılması və korporativ idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
• Korporativ idarəetmə ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər vermək;
• Bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin etmək;
• Mükafatlandırma prosesinə nəzarəti həyata keçirmək, o cümlədən azı ildə 1 dəfə Riskləri İdarəetmə Komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirmək;
• Mükafatlandırmanın həcmi üzrə təklifləri Bankın aidiyyəti üzrə idarəetmə orqanına təqdim etmək;
• Xüsusi kateqoriyaya aid olan işçilər üzrə əsas fəaliyyət indikatorlarının icrasını qiymətləndirmək;
• Daxili və kənar hadisələrin bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirmək;
• Müşahidə Şurası, İdarə Heyəti və Müşahidə Şurasının komitələrinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy vermək;
• Müşahidə Şurası, onun Komitələri və İdarə Heyəti üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət etmək;
• Müşahidə Şurasının və Müşahidə Şurasının komitələrinin müstəqil üzvlərinin təyinatı, vəzifələri və muzdun ödənilməsinə dair meyarları müəyyən etmək.

Cəlal Qasımov

Mükafatlandırma Komitəsinin Sədri

Şahin Məmmədov

Mükafatlandırma Komitəsinin üzvü

Aytən Abbaslı

Mükafatlandırma Komitəsinin üzvü

Fərid Məmmədov

Mükafatlandırma Komitəsinin üzvü

Cavid Mirzəyev

Mükafatlandırma Komitəsinin üzvü

Riskləri İdarəetmə Komitəsi


• Risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi siyasətinə və qaydalarına, risk limitlərinə, habelə onlara dəyişikliklərə baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
• Məcmu və ayrı-ayrı risk növləri üzrə bankın cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər vermək;
• Bankın risklərin idarə edilməsi siyasətini azı ildə 1 dəfə nəzərdən keçirmək;
• Bankın fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna, habelə İdarə Heyəti tərəfindən risk iştahası bəyannaməsinin tətbiqinə nəzarət etmək;
• Bankın risk mədəniyyətinin vəziyyətinə dair Müşahidə Şurasına hesabat vermək;
• Baş risk inzibatçısı ilə əməkdaşlıq etmək və onun fəaliyyətinə nəzarət etmək;
• Kapital və likvidliyin idarəedilməsi üzrə bankın hədəflərinin, habelə banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin bankın risk iştahasına uyğunluğuna nəzarət etmək;
• Baş risk inzibatçısından və aidiyyəti struktur bölmələrdən bankın cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabat almaq.

Fərid Məmmədov

Riskəri İdarəetmə Komitəsinin Sədri

Asəf Hüseynov

Riskəri İdarəetmə Komitəsinin üzvü

Ruslan Məmmədov

Riskəri İdarəetmə Komitəsinin üzvü

Strategiya və Büdcə Ekspert Qrupu

Bankın Biznes Planının hazırlanmasına və icra edilməsinə öz səlahiyyəti daxilində nəzarət edir, Bankın büdcəsinin Biznes Planda müəyyən olunmuş hədəflərə uyğun tərtib olunması və effektiv icrasına dair Müşahidə Şurasına rəy və təkliflər verir.

İnsan Resursları Ekspert Qrupu

Komitə Bankın insan resursları siyasətinin prioritetlərinə nəzərən, ilkin araşdırmanın aparılması və Bankın Müşahidə Şurasına tövsiyələrin verilməsi məqsədilə yaradılmışdır.

Müştərilərə münasibət

Peşəkar səviyyədə xidmət

Düzgün, ədalətli və qərəzsiz münasibət

Öhdəliklərin vaxtında yerinə yetirilməsi

Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət

Müştərilərə qayğı

Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqi

Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi

Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı

Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmazlıqlarından asılı olmayaraq onu şəxsiyyət kimi görməli və hörmətlə yanaşmalıdır

Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf etdirilməsinə çalışmalı.

Rəqiblərə münasibət

Rəqiblərə hörmətlə yanaşmalı və qeyri-sağlam rəqabətdən qaçmalı

Konfidensiallıq şərtləri

Bu Məcəllə Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidirlər:

Bankın şəxsi xarakterli məlumatları

Bank sirri ilə bağlı qaydalar

Bankın müştəriləri haqqında məlumatlar

Bankın personalı haqqında məlumatlar

Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli təhlükəsizliyi ilə bağlı məlumatlar və s.

Yenilənib: 12.02.2024