Korporativ idarəetmə

Kapital Bankın korporativ idarəetmə sistemi beynəlxalq standartlara və Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına əsaslanır.

 

Bankda korporativ idarəetmənin başlıca prinsipləri Kapital Bankın Korporativ İdarəetmə Kodeksində öz əksini tapmışdır. Bank dövlət orqanları, səhmdarlar, əməkdaşlar, partnyorlar və müştərilərlə münasibətləri dəstəkləyir.

Korporativ idarəetmə Bank menecerləri ilə səhmdarlar arasındakı qarşılıqlı münasibətlərin daha da təkmilləşdirilməsinə xidmət göstərir. Bu da, öz növbəsində, Bankın bütün istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin edir. Bankda korporativ idarəetmənin əhəmiyyətli rolunun artırılması ilə yanaşı, korporativ mədəniyyətin və korporativ etikanın inkişafına da xüsusi diqqət yetirilir.

Etik normalara sadiqlik və əsas dəyərlərə inam Kapital Bankda korporativ mədəniyyətin formalaşmasına və qorunmasına xidmət göstərir.

Kapital Bankda korporativ idarəetmə və korporativ mədəniyyət haqqında daha ətraflı məlumatlarla burada tanış ola bilərsiniz.

Mükafatlandırma Komitəsi

Cəlal Qasımov Sədr - Bankın Müşahidə Şurasının sədri
Mir Camal Paşayev “PAŞA Holding”-in direktoru
Rövşən Allahverdiyev Bankın İdarə Heyətinin sədri
Aytən Abbaslı Qrup üzrə İnsan Resursları departamentinin direktoru
Fərqanə Məmmədova Bankın İnsan Resurslarının idarə edilməsi departamentinin direktoru

Kredit Komitəsi

Cavid Mirzəyev Sədr - Baş Risk İnzibatçısı
Fərid Hüseynov Bankın İdarə Heyəti sədrinin I müavini
Emin Məmmədov Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı
Fərid Hidayətzadə Bankın Korporativ Bankçılıq departamentinin direktoru

Kiçik Kredit Komitəsi

Fərid Hidayətzadə Sədr - Bankın Korporativ Bankçılıq departamentinin direktoru
Vahid Heydərov Bankın Kredit Risklərinin İdarə edilməsi şöbəsinin rəisi
Azər Hüseynov Problemli kreditlərin ilkin təqibi departamentinin direktoru

Risklərin İdarədilməsi Komitəsi

Afaq Mustafayeva Sədr - Bankın Müşahidə Şurasının üzvü
Fərid Məmmədov "PAŞA Holding"-in Biznes qrupu üzrə direktoru və İcraçı direktorunun müavini
Kəmalə Nuriyeva “PAŞA Holding”-in Risklərin idarə edilməsi departamentinin direktoru
Pərvin Əhədzadə Bankın Audit Komitəsinin sədri 
Cavid Mirzəyev Baş Risk İnzibatçısı
Emin Məmmədov Bankın İdarə heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı
Cəfərov Renad Bankın İT İnfrastruktur və Bank Sistemləri departamentinin direktoru
Elman Eminov Qrup üzrə Strategiya və Layihələrin idarə edilməsi departamentinin baş iqtisadçısı

Transformasiya Komitəsi

Rövşən Allahverdiyev Sədr - Bankın İdarə Heyətinin sədri
Fərid Hüseynov Bankın İdarə Heyəti sədrinin I müavini
Yaşar Məmmədov Bankın İdarə Heyəti sədrinin müavini
Nahid Zeynalov Bankın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı

Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi

Rövşən Allahverdiyev Sədr - Bankın İdarə Heyətinin sədri
Fərid Hüseynov Bankın İdarə Heyəti sədrinin I müavini
Yaşar Məmmədov Bankın İdarə Heyəti sədrinin müavini
Emin Məmmədov Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı
Pünhan Nərimanov Bankın Xəzinədarlıq departamentinin direktoru

Satınalma Komitəsi

Azər Sadıqov Sədr - Qrup üzrə Maliyyə, Xəzinədarlıq və Satınalmalar departamentinin direktoru
Yaşar Məmmədov Bankın İdarə Heyəti sədrinin müavini
Mahir Eyvazov Qrup üzrə Strategiya və Layihələrin idarə edilməsi departamentinin meneceri
Emin Məmmədov Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı
Ramil İmamov Bankın Filial şəbəkəsinin idarə edilməsi departamentinin direktoru

Strategiya və Büdcə Komitəsi

Emin Məmmədov Sədr - Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı
Cəlal Qasımov Bankın Müşahidə Şurasının sədri
Samir Məmmədov Bankın Strateji Layihələr departamentinin direktoru
Pərvin Məmmədov Bankın Maliyyə menecmenti departamentinin direktoru
Azər Sadıqov Qrup üzrə Maliyyə, Xəzinədarlıq və Satınalmalar departamentinin direktoru
Mahir Eyvazov Qrup üzrə Strategiya və Layihələrin idarə edilməsi departamentinin meneceri
Elman Eminov Qrup üzrə Strategiya və Layihələrin idarə edilməsi departamentinin baş iqtisadçısı

Audit Komitəsinin üzvləri

Audit komitəsinin sədri Pərvin Şirəli oğlu Əhədzadə
Audit komitəsinin üzvü Murad Rafiq oğlu Əhmədov
Audit komitəsinin üzvü Cəmil Vahid oğlu Məmmədov

Korporativ mədəniyyət

Etik davranış qaydaları

Bu normalar Bankda işçilərin davranış qaydalarını tənzimləyir. Bankın imicinin - nüfuzunun formalaşmasına xidmət etməklə, işçilər üçün mənəvi, etik və hüquqi dəyərləri müəyyən edir.

Etik davranış qaydaları ilk növbədə Bankda işçilərin davranışına nəzarəti təmin edir, onu peşə daxilində bir çox ixtisaslara tətbiq etməyə imkan verir və təsvir edilən normalara əməl edilməsi üçün effektiv vasitələri təklif edir.

Mənəvi dəyərlərə işçinin işdə və işdənkənar davranışı, ictimai fəaliyyəti daxildir.

Etik dəyərlərə Bankın imicinin qorunması, Bankın əmlakına münasibət və s. daxildir.

Hüquqi dəyərlərə qanunvericiliyə münasibət, bankdaxili prosedurlara əməl edilməsi, məxfi və xidməti istifadə üçün məlumatların qorunması və s. daxildir.

İşgüzar etiket - İşgüzar- professional (peşəkar) mühitdə davranış və ünsiyyətdir. İşgüzar etiket ətrafdakı insanlara hörmət və nəzakət, xeyirxahlıq və diqqət əsasında qurulur. Bankda hər bir işçi işgüzar münasibətlərdə subordinasiya qaydalarına ciddi əməl etməlidir.

Müştərilərə münasibət

Bankda xidməti həyata keçirən hər bir işçi Bankın mənafeyini müdafiə edərək müştəri ilə ünsiyyətdə olarkən aşağıdakılara əməl etməlidir:

  • Peşəkar səviyyədə xidmət
  • Düzgün, ədalətli və qərəzsiz münasibət
  • Öhdəliklərin vaxtında yerinə yetirilməsi
  • Müştərilər haqqında məlumatların məxfiliyinə hörmət
  • Müştərilərə qayğı
  • Məhsul və xidmətlərin keyfiyyətinin daima təkmilləşdirilməsi və münasib qiymətlərin tətbiqi
  • Məhsul və xidmətlərin düzgün və qərəzsiz reklam edilməsi
  • Müştərinin fikirlərinə, hisslərinə və təsəvvürünə anlayışlı yanaşmalı.
  • Onun şəxsiyyətini müsbət qəbul etməli- müştərinin çatışmazlıqlarından asılı olmayaraq onu şəxsiyyət kimi görməli və hörmətlə yanaşmalıdır.
  • Müştəri ilə qarşılıqlı əlaqədə razılaşma əldə etmək-bir-birini anlamağa cəhd göstərmək və qarşılıqlı münasibətlərin əməkdaşlıq formasında inkişaf etdirilməsinə çalışmalı.

Rəqiblərə münasibət

  • Rəqiblərə hörmətlə yanaşmalı və qeyri-sağlam rəqabətdən qaçmalı

Konfidensiallıq şərtləri

Bu Məcəllə Bankın fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün əməkdaşlar aşağıdakı məlumatların mütləq konfidensiallığını (məxfiliyini) təmin etməlidirlər:

  • Bankın şəxsi xarakterli məlumatları
  • Bank sirri ilə bağlı qaydalar
  • Bankın müştəriləri haqqında məlumatlar
  • Bankın personalı haqqında məlumatlar
  • Vəzifə mövqeyinə görə Bankın işçisinə məlum olan və ölkənin milli təhlükəsizliyi ilə bağlı məlumatlar və .s