Bank haqqında
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
Kapital Bank 3 may 2018-ci il tarixində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bank tərəfindən təsis edilmiş “BirKart bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətin (“törəmə müəssisə”) 100%-lik sahibi olmuşdur. “BirKart BOKT” MMC yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır.
BOKT maliyyə bazarlarına nəzarət orqanından aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Girov əmanəti yalnız maliyyə bazarlarına nəzarət orqanın BOKT-a verdiyi lisenziyada bu barədə xüsusi icazə olduqda qəbul edilə bilər. Kreditlərin verilməsi üçün lisenziya almış BOKT borc öhdəliklərinin alğı-satqısı (faktorinq, forfeytinq),lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi həyata keçirə bilər. BOKT-un hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağandır.
Strateji baxışımız
Hər kəsin bankı olaraq daha dayanıqlı gələcəyi təmin edən bir nömrəli maliyyə tərəfdaşına çevrilməkdir. Bugünkü seçiminiz gələcəyinizin təminatıdır.
Strateji hədəflər:
- Riteyl biznesinde bazar lideri olmaq;
- Səhmdarlara maksimum dividend ödəmək;
- Korporativ idarəetmədə rol model olmaq;
- Regionda aparıcı bank brendi olmaq;
Missiyamız
Həyatınızın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığımızla ölkəmizin sosial-iqtisadi rifah halını birlikdə yüksəltməkdir.
Dəyərlərimiz
- Dürüstlük – özümüzə, müştərilərimizə, həmkarlarımıza və tərəfdaşlarımıza qarşı dürüst və şəffaf olmaq
- Keyfiyyət – Gördüyümüz hər işdə professional keyfiyyəti ortaya qoymaq
- Gəlirlilik – Başladığımız və apardığımız hər bir layihədə səhmdar üçün dəyər yaratmaq
- Əməkdaşlıq – Paşa Holdinqin bütün strateji aktivləri arasında qarşılıqlı faydalı sinerji formalaşdırmaq
- Sahibkarlıq - Məqbul risk sərhədləri çərçivəsində təşəbbüs və biznes irəliləməsini təşviq etmək
Səhmdarlarımız
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i "Paşa Holdinq"-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Müşahidə şurasının üzvləri
Cəlal Ələkbər oğlu Qasımov | Müşahidə Şurasının sədri | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsi | ||
Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakultəsi | ||
Warwick Business School-un Biznesin idarəedilməsi fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Fərid Usad oğlu Məmmədov | Müşahidə Şurasının üzvü | |
Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakultəsi | ||
Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycanda siyasi proseslər fakultəsi | ||
İnstituto de Empresa-ın Biznesin idarəedilməsi fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Rauf Yusif oğlu Hacıyev | Müşahidə Şurasının üzvü | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (yenidənhazırlanma) Beynəlxalq iqtisadi münasibətlər fakultəsi | ||
Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Avtomatika və telemexanika fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Kəmalə Həsən qızı Nuriyeva | Müşahidə Şurasının üzvü | |
Qərb Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsi | ||
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Oqtay Arif oğlu Həsənov | Müşahidə Şurasının üzvü | |
M. Lomonosov adına Moskva Dövlət Universitetunun Roman-german filologiyası fakultəsi | ||
Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakultəsi | ||
Filologiya elmləri namizədi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] |
İdarə heyətinin üzvləri
Allahverdiyev Rövşən Şamil oğlu | İdarə Heyətinin sədri | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı və sosiologiyası fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Hüseynov Fərid Arif oğlu | İdarə Heyəti sədrinin I müavini | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsi | ||
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsi (magistr) | ||
Fəlsəfə doktoru | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Zeynalov Nahid Vidadi oğlu | İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya inzibatçısı | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Mirzəyev Cavid Akif oğlu | İdarə Heyəti sədrinin müavini | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakultəsi | ||
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsi | ||
Fəlsəfə doktoru | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] | |
Məmmədov Emin Ağaverdi oğlu | Baş Maliyyə inzibatçısı | |
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakultəsi | ||
Xəzər Universitetinin Maliyyə və kredit fakultəsi | ||
Telefon: (+994 12) 598 12 95 | E-mail: [email protected] |
Bankın loqosu
![]() | ![]() | ![]() |
Yenilənmə tarixi - 15.05.2019